Bank Of Baku

Aysellə Hadisə Bakıda eyni səhnəni bölüşəcək

Aysellə Hadisə Bakıda eyni səhnəni bölüşəcək
# 16 iyun 2009 09:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Türkiyəni “Eurovision -2009” müsabiqəsində təmsil edən Hadisə Açıqgözün Bakıda Yaşıl Teatrda verəcəyi konsertin vaxtı dəyişdirilib. APA-nın məlumatına görə, konsert əvvəlcə nəzərdə tutulduğu vaxtdan səkkiz gün sonra, yəni iyulun 10-da baş tutacaq. Buna səbəb isə Azərbaycanı “Eurovision-2009” müsabiqəsində təmsil edən və üçüncü yeri qazanan Ayselin onunla birgə səhnəyə çıxmasıdır. Belə ki, iyulun 2-də Aysel Bakıda olmadığından konsertin vaxtının dəyişdirilməsi qərara alınıb. Ayselin prodüseri, bəstəkar İsa Məlikovun APA-ya verdiyi məlumata görə, artıq konsertlə bağlı razılıq əldə olunub və Aysel iyulun 10-da Hadisə ilə birgə səhnə bölüşəcək: “Bu konsertdə Aysel yeni işıq üzü görəcək singldan mahnılar oxuyacaq. Düşünürük ki, Ayselin bu çıxışı yerli tamaşaçıların ürəyincə olacaq. Hazırda Aysel səfərdə olduğu üçün konsertdə onun nə geyinəcəyi dəqiqləşdirilməyib”. Konsertdə bir çox sürprizlərin də olacağını istisna etməyən İ. Məlikov, bütün bunların Aysel Bakıya gəldikdən sonra açıqlanacağını vurğulayıb. Konsertdə “Eurovision-2009” müsabiqəsinin hər iki iştirakçısının ifasında ən populyar mahnılar ifa olunacaq.

Hadisə Açıqgöz konsertdən bir gün əvvəl Bakıya gələcək. Onu Bakı konsertində öz rəqqasları və musiqiçi heyəti müşayiət edəcək. Təşkilatçı Səadət Əhmədova APA-ya verdiyi açıqlamasında bildirib ki, iyulun 10-da Bakının Yaşıl Teatr Konsert Kompleksində “Eurovision” həyəcanı yaşanacaq.
Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR