Bank Of Baku

Almaniyada yaşayan əslən azərbaycanlı olan müğənni Əzizcan ilk dəfə Vətənə gəlib - FOTO

Almaniyada yaşayan əslən azərbaycanlı olan müğənni Əzizcan ilk dəfə Vətənə gəlib - <font color=red>FOTO</font>
# 18 iyun 2009 09:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Əslən azərbaycanlı olan Almaniyada yaşayan müğənni Əzizcan Azərbaycana gəlib. APA-nın məlumatına görə, müğənninin bu səfəri tanışlıq məqsədi daşıyır. İlk dəfə olaraq Azərbaycana gələn müğənni yerli media mənsubları ilə də görüşüb. Görüşdə müğənni bildirib ki, həm Türkiyədə, həm də Almaniyada iştirak etdiyi bütün layihələrdə azərbaycanlı olduğunu bildirir. Azərbaycana gəlişinin səbəbi isə gələcəkdə yeni layihələrə imza atmaq istəyidir. “Supreme Services” şirkətinin təşəbbüsü ilə Bakıya gələn Əzizcan atasının Göyçə mahalından olduğunu qeyd edib: “28 yaşım var və 22 yaşına kimi Türkiyədə yaşamışam. Ancaq ilk dəfə olaraq ata Vətənimə gəlirəm. Azərbaycan məni hər zaman özünə çəkib və hazırda burada olmağımdan böyük qürur hissi keçirirəm”. Müğənni qeyd edib ki, beynəlxalq səviyyəli bir müsabiqədə iştirakı həyatında və sənətində dönüş nöqtəsi edib. Əzizcan bu zamana kimi bir neçə albomunun çıxdığını vurğulayıb. O sənətçiliklə yanaşı, “Kanal 1” televiziyasında yayımlanan “Dəniz və Mehtap” adlı serialında da rol ifa edib: “1995-ci ildən başladığı və 2004-cü ildən daha da sürətləndirdiyim Avropa turneləri çərçivəsində iştirak etdiyim hər bir canlı verilişdə Azərbaycan və Anadolu türkülərini oxumuşam. İnanıram ki, bundan sonra daha tez-tez Azərbaycana gələcəyəm və maraqlı layihələrlə sizlərin qarşısına çıxacağam”. Hazırda bir filmdə baş rola dəvət aldığını bildirən Əzizcan, Hollivudun populyar türk rejissorlarından biri ilə danışıqları davam etdirir. Müğənni hazırda bəstəkar Gövhər Həsənzadə ilə əməkdaşlıq etdiyini, Tunar, Ramal kimi gənc bəstəkarlarla da əməkdaşlıq edəcəyini bildirib. Çıxışında Azərbaycan müğənniləri Aygün Kazımova, Natəvan Həbibi, Röyanın adını çəkən sənətçi, bütün azərbaycanlı müğənnilərin sənətinə böyük hörmət etdiyini bildirib. O gələcəkdə Azərbaycan müğənniləri ilə əməkdaşlıq edəcəyini, Vətənində konsert verəcəyini də vurğulayıb. Müğənni jurnalistlərin ““Eurovision-2010” müsabiqəsində Azərbaycanı təmsil etmək təklif olunarsa, bu təklifi necə dəyərləndirərsiniz” sualını “Azərbaycanı hər bir müsabiqədə təmsil etməyə hazıram” deyərək cavablandırıb. Sonda isə Əzizcan media mənsubları qarşısında “Tut ağacı boyunca” Azərbaycan xalq mahnısını ifa edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR