Bank Of Baku

Aysel: “Hadisənin konsertində pulsuz çıxışımın məqsədi ona dəstək, səbəbi isə Türkiyə sevgisidir”

Aysel: “Hadisənin konsertində pulsuz çıxışımın məqsədi ona dəstək, səbəbi isə Türkiyə sevgisidir”
# 23 iyun 2009 11:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Eurovision-2009” mahnı müsabiqəsinin üçüncüsü Aysel türkiyəli həmkarı Hadisənin iyulun 10-da Bakının Yaşıl Teatr Konsert Kompleksində keçiriləcək konsertində qonorarsız çıxış edəcək. Bunu APA-ya açıqlamasında konsertin təşkilatçısı Səadət Əhmədova deyib. Onun sözlərinə görə, Aysel konsertdə iştirakı üçün cüzi qonorar da tələb etməyib: “Ayselə bu konsertdə iştirakı təklif edilən kimi razılaşdı. Ona görə ki, Aysel və Hadisə eyni yarışmada iştirak ediblər və münasibətləri çox yaxşıdır”.

Aysel özü də konsertə qonorarsız çıxacağını açıqlayıb: “Bu konsertdə iştirak üçün bir qəpik də pul almamışam, almaq fikrim də yoxdur. Konsertdə iştirakım Hadisəyə dəstək xarakteri daşıyır. Onun Azərbaycanda konsert verməsinə çox sevindiyimi bu addımımla göstərirəm. Konsertdə çıxışımı Hadisəyə hədiyyə etmək istədim. Yəni bu addımım çox gözəl bir jestdir. Digər tərəfdən, Hadisə türkiyəli müğənnidir və bütün Azərbaycan xalqı mənim kimi Türkiyəni çox sevir. Buna görə də qonorar almağı ağlımın ucundan belə keçirməmişəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR