Bank Of Baku

Hadisə və Ayselin çıxış edəcəyi “Eurovision həyəcanı Bakıda” adlı konsertin biletləri 20-150 manat arasındadır

Hadisə və Ayselin çıxış edəcəyi “Eurovision həyəcanı Bakıda” adlı konsertin biletləri 20-150 manat arasındadır
# 23 iyun 2009 11:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Türkiyəli müğənni Hadisənin iyulun 10-da Bakının Yaşıl Teatr Konsert Kompleksində verəcəyi konsertin biletlərinin qiyməti müəyyənləşib. APA-nın məlumatına görə, biletlər 20-150 manat arasında satışa çıxarılacaq. İyunun 24-də başlayacaq bilet satışı Yaşıl Teatr Konsert Kompleksinin kassaları ilə yanaşı, şəhərin mərkəzində fəaliyyət göstərən satış mərkəzlərində də həyata keçiriləcək. Reklam çarxlarının nümayişinə və paytaxt küçələrində afişaların asılması prosesinə də sabah başlanacaq. Həmin gün Hadisə ilə birgə səhnəyə Azərbaycanı “Eurovision-2009” müsabiqəsində təmsil etmiş və üçüncülük qazanmış Aysel də çıxacaq və bir neçə mahnı ifa edəcək.

Qeyd edək ki, “Eurovision həyəcanı Bakıda” adı altında baş tutacaq konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR