Bank Of Baku

Təşkilatçı: “Hadisənin Bakı konsertinin təxirə salınması barədə məlumatlar əsassızdır”

Təşkilatçı: “Hadisənin Bakı konsertinin təxirə salınması barədə məlumatlar əsassızdır”
# 24 iyun 2009 14:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “İyulun 10-da türkiyəli müğənni Hadisənin Bakıdakı konsertinin təxirə salınması barədə məlumatlar əsassızdır”. Bunu APA-ya açıqlamasında “Eurovision həyəcanı Bakıda” adlı konsertin təşkilatçısı Səadət Məmmədova deyib. O bildirib ki, son günlər yerli mətbuatda və bəzi internet saytlarında konsertin təxirə düşməsi ilə bağlı yazılanlar həqiqəti əks etdirmir: “İyulun 10-da Bakıda möhtəşəm “Eurovision” həyəcanı yaşanacaq. Hadisə və Aysel həmin gecə tamaşaçıların zövqünü oxşayacaqlar. Əminik ki, həmin konserti izləmək şansı qazanacaq tamaşaçılar uzun müddət bu konsertin təsirindən çıxa bilməyəcəklər”.

Konsertin keçiriləcəyi Yaşıl Teatr Konsert Kompleksindən də APA-ya teatra istinadən konsertin təxirə düşməsi barədə yayılan məlumatların həqiqətə uyğun olmadığı bildirilib: “Bu yazıları yazan mətbuat orqanları ilə əlaqə saxlanılıb və informasiyanın yalan olduğu onların diqqətinə çatdırılıb”.

Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR