Bank Of Baku

Maykl Ceksonun ölüm xəbəri dünya ulduzlarını sarsıdıb

Maykl Ceksonun ölüm xəbəri dünya ulduzlarını sarsıdıb
# 27 iyun 2009 10:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Dünya pop musiqisinin kralı Maykl Ceksonun qəfildən ölümü bütün dünya ulduzlarını sarsıdıb. Rusiyanın «Komsomolskaya pravda» qəzetinin yaydığı məlumata görə, dünya ulduzu Madonna həmkarının qəfil ölümünün ona çox pis təsir etdiyini deyib: «Ağır xəbəri alandan sonra göz yaşlarımı saxlaya bilmirəm. Bəşəriyyət özünün ən böyük nümayəndələrindən birini itirib, amma onun musiqisi hər zaman yaşayacaq. Maykl Ceksonun ölümünə hamı kimi mən də inanmıram. Çox istərdim ki, bu həqiqət olmasın. Onun üç uşağı və digər ailə üzvləri üçün ürəyim hər zaman açıqdır».

Qeyd edək ki, 1990-cı illərdə Maykl Ceksonun həyat yoldaşı olmuş Layza Mariya Presli də hamı kimi kədər içində olduğunu bildirib: «Bu xəbəri eşidəndən mən özümü itirmişəm. Bu yalnız onun uşaqları üçün itki deyil, bu dünya cəmiyyətinin bütün təbəqələrini təmsil edən insanlar üçün böyük itkidir. Onun yerini heç zaman heç kim əvəzləyə bilməyəcək. O, öz yaradıcılığı və ifa etdiyi musiqiləri ilə hər birimizin qəlbində daima yaşayacaq».

Dünya şöhrətli musiqiçi Elton Con Maykl Ceksonun ölüm xəbərini ənənəvi keçirdiyi bal zamanı eşidib. O, həmkarının itkisindən məyuslandığını bildirərək, «Don’t let the sun go down on me» mahnısını ifa etməklə dünya musiqisinin pop kralını yad edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR