Bank Of Baku

Maykl Ceksonun meyiti qohumlarına verilib

Maykl Ceksonun meyiti qohumlarına verilib
# 27 iyun 2009 12:06 (UTC +04:00)
Bakı – APA. İyunun 25-də vəfat edən dünya pop-ulduzu Maykl Ceksonun meyiti onun qohumlarına verilib. APA-nın AFP agentliyinə istinadən verdiyi məlumata görə, müğənninin qohumlarının cənazənin hara aparacaqları barədə məlumat verilmir. Bununla yanaşı, M.Ceksonun nə vaxt dəfn olunacağı da bilinmir.

Xatırladaq ki, 50 yaşlı pop-ulduzun qəfil ölümünün səbəbləri hələ açıqlanmayıb və bunun səbəblərinin ən tez 6-8 həftədən sonra müəyyənləşəcəyi bildirilir. Bu müddət ərzində həkimlər zəruri test və ekspertiza aparacaqlar. Lakin artıq rəsmən bəyan olunub ki, müğənni öz əcəli ilə ölüb və onun meyiti üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR