Bank Of Baku

Bakıda Maykl Ceksonun xatirə gecəsi keçirilib

Bakıda Maykl Ceksonun xatirə gecəsi keçirilib
# 29 iyun 2009 08:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan paytaxtında dünya pop musiqisinin kralı Maykl Ceksonun xatirə gecəsi keçirilib. APA-nın məlumatına görə, ötən gün “Faceclub”un təşkilatçılığı ilə keçirilən tədbirdə DJ Mansur tərəfindən mərhumun musiqiləri səsləndirilib, klipləri nümayiş olunub. Gecədə M. Ceksonun azərbaycanlı pərəstişkarları onun repertuarındakı mahnıları ifa ediblər. Pərəstişkarları mərhum sənətkarı anmaq üçün onun geyim üslubunu xatırladan papaq qoyub və əlcək taxıblar. İştirakçılar arasında M. Ceksonun məşhur rəqsini oynayanlar da olub. Tədbirdə bildirilib ki, bu, Bakıda Maykl Ceksonun xatirəsinə həsr edilmiş ilk tədbir olsa da, son tədbir olmayacaq. Belə ki, dünya şöhrətli müğənninin azərbaycanlı pərəstişkarları bu tədbirləri silsilə şəklində keçirmək niyyətindədirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR