Bank Of Baku

Hadisə 3 gün Bakıda qalacaq

Hadisə 3 gün Bakıda qalacaq
# 02 iyul 2009 14:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Türkiyəni “Eurovision-2009” mahnı müsabiqəsində təmsil etmiş Hadisə Açıqgöz iyulun 9-da Azərbaycana gələcək. APA-nın məlumatına görə, müğənni üç gün Bakıda qalacaq və iyulun 10-da Yaşıl Teatrda möhtəşəm konsert proqramı ilə çıxış edəcək. Konsertdə Azərbaycanı “Eurovision-2009” müsabiqəsində təmsil etmiş Aysel də səhnəyə çıxacaq. “Eurovision həyəcanı Bakıda” adı altında gerçəkləşəcək konsertin reklam çarxlarının nümayişinə başlanılıb. Bilet satışı da uğurla davam edir. Biletlərin qiyməti 20-150 manat arasındadır. Müğənni iyulun 12-də Türkiyəyə qayıdacaq.

Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR