Bank Of Baku

“Eurovision-2010” müsabiqəsinin bu ilin fevralında istifadəyə verilən “Fornebu Arena”da keçiriləcəyi dəqiqləşib

“Eurovision-2010” müsabiqəsinin bu ilin fevralında istifadəyə verilən “Fornebu Arena”da keçiriləcəyi dəqiqləşib
# 03 iyul 2009 15:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Gələn ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision-2010” müsabiqəsinin keçiriləcəyi arena dəqiqləşib. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, “Eurovision-2010” mahnı müsabiqəsi Osloda yerləşən “Fornebu Arena”da keçiriləcək. Məlumatda qeyd olunub ki, “Fornebu Arena” daha çox “Telenor Arena” kimi tanınır. Norveçin “NRK” televiziyası bu gün bununla bağlı açıqlama verib. Mayın 25-də və 27-də keçiriləcək iki yarımfinal, 29-da keçiriləcək final mərhələsi “Telenor Arena”da keçiriləcək. Müsabiqəni işıqlandırmaq üçün
Osloya gələcək media mənsubları üçün də “Telenor Arena”da mətbuat konfranslarının keçirilməsi üçün zal, eləcə də media mənsubları üçün iş otağı da təşkil olunacaq. Cənubi Avropada ən böyük arena olan “Telenor Arena” Şimali Osloda, Baerumda yerləşir. “Telenor Arena” futbol matçları üçün 15.000, konsertlər üçün isə 23. 000 tamaşaçı tutur. “Eurovision-2010” müsabiqəsinin keçiriləcəyi bu arena cari ilin fevralında istifadəyə verilib. “Spektrum Arena”sı isə daha az tamaşaçı tutduğu üçün yarışmanın keçirilməsi üçün əlverişli olmayıb. Məhz bu səbəbdən də “Spektrum Arena” “Telenor Arena”ya uduzub. Onu da deyək ki, “Spektrum Arena”da artıq bir dəfə bu yarışma keçirilmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR