Bank Of Baku

Türkiyənin tanınmış müğənnisi Bengü Bakıda konsert verəcək

Türkiyənin tanınmış müğənnisi Bengü Bakıda konsert verəcək
# 06 iyul 2009 12:21 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Türkiyənin tanınmış müğənnisi Bengü bu həftə Bakıya gələcək. Müğənninin Bakıya səfərinin məqsədi Türkiyədə işıq üzü görən yeni albomunun təqdimat mərasimini keçirməkdir. Səfər çərçivəsində Bengü iyulun 11-də istirahət mərkəzlərindən birində konsert proqramı ilə çıxış edəcək. Konsertin təşkilatçısı Günel Sərdarqızının APA-ya verdiyi məlumata görə, konsert proqramı “İki mələk” adı altında keçiriləcək. G. Sərdarqızının sözlərinə görə, bu, Bengünün Bakıya ilk səfəridir: “Bengünün Bakıda təqdimatını keçirəcəyi albomdakı mahnılar hələ heç yerdə səslənməyib. Müğənni bu mahnıları ilk olaraq Bakı tamaşaçıları qarşısında çıxış edəcək. Çox gərgin iş qrafikinə baxmayaraq, Bengü bizim təklifimizi canla-başla qarşıladı”.

Türkiyəli sənətçi Bakıya iyulun 10-da gələcək. Konsertin biletlərinin qiyməti 30-100 manat arasındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR