Bank Of Baku

Aysel: “Yaxın gələcəkdə Tarkanla işbirliyimiz ola bilər” - FOTOSESSİYA

Aysel: “Yaxın gələcəkdə Tarkanla işbirliyimiz ola bilər” - <font color=red>FOTOSESSİYA</font>
# 08 iyul 2009 15:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Araşla birlikdə Azərbaycanı “Eurovision-2009” müsabiqəsində təmsil edərək üçüncülük qazanan Aysel Türkiyədən qayıdıb. Aysel APA-ya açıqlamasında səfərinin çox uğurlu keçdiyini və Türkiyədən xoş təəssüratla döndüyünü bildirib. Müğənni səfər zamanı “Çeşmə” musiqi festivalında xüsusi qonaq kimi çıxış etdiyini qeyd edib. Sözügedən festivalda Aysel məhz Azərbaycana üçüncülük gətirən “Always” mahnısını ilk dəfə olaraq duet ortağı Araşsız oxuyub.

Aysel Türkiyə çox doğma qarşılandığını bildirib: “Türkiyədə bu cür isti və gözəl qarşılanacağımı ağlıma belə gətirmirdim. Məni hava limanında gül dəstələri ilə yüksək səviyyədə qarşıladılar. Orada mənə “Azəri gözəli Aysel” deyə müraciət edirdilər. Türkiyədə hamı mənim solo-konsertimi gözləyir. Hazırda üzərində işlədiyimiz albomum işıq üzü görəndən sonra Türkiyədə solo-konsert proqramı ilə çıxış etmək fikrindəyəm”.

Ayselin səfəri zamanı Türkiyənin meqa-starı Tarkanla da görüşmək imkanı olub: “Tarkanla tanışlıq və ondan ünvanıma xoş sözlər eşitmək həm gözlənilməz, həm də çox xoş idi. Tarkan “Eurovision”dakı çıxışımın çox xoşuna gəldiyini dedi. Biz onunla eyni mehmanxanada qalırdıq. İzmirdən İstanbula da eyni təyyarədə gəldik. Telefon nömrələrimizi bir-birimizə verdik. Çox güman ki, yaxın gələcəkdə Tarkanla yaradıcılıq sahəsində işbirliyimiz olacaq”.

Müğənni dünya şöhrətli “Warner Music” şirkəti ilə müqavilə imzaladığını da deyib: “Hazırda da, gələcəkdə də mənim prodüserim Henrik Ulman olacaq. Məhz Henrik Ulman mənim ilk solo-albomum üzərində işləyir. Çox xoşbəxtəm ki, Azərbaycanı beynəlxalq arenada təmsil etmək şansım var. Bu şansdan bacardığım qədər istifadə etməyə çalışacağam”.

Yaradıcılıq yeniliklərinə də toxunan Aysel iyulun sonunda Slovakiyaya səfərinin gözlənildiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR