Bank Of Baku

Aygün Kazımova: “Bu zamana kimi heç bir müğənni səhnədə mənim etdiyim riskləri etməyib”

Aygün Kazımova: “Bu zamana kimi heç bir müğənni səhnədə mənim etdiyim riskləri etməyib”
# 09 iyul 2009 15:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Gündəmdən düşməyim barədə danışılanlar çox yanlış bir şeydir. Aygün Kazımova hər zaman dəbdə olub və populyardır. Danışılanlar məni ümumiyyətlə, maraqlandırmır”. APA-nın məlumatına görə, bunu xalq artisti Aygün Kazımova bu gün jurnalistlərlə söhbətində açıqlayıb. A. Kazımova Azərbaycan estradasında sənətinə görə onun qədər riskə gedənin olmadığını da vurğulayıb: “Bu zamana kimi heç bir müğənni səhnədə mənim etdiyim riskləri, hərəkətləri etməyib. Mən hər bir çıxışımda hansısa bir qeyri-adilik nümayiş etdirirəm. Bəlkə də bu çox böyük bir riskdir, ancaq sənətini sevən, əsil sənətçi heç bir riskə baxmamalıdır. Mənim Namiqlə ayrılmağım barədə də deyilənlər həqiqətə uyğun deyil. Bu gün sizin qarşınızda Namiqin mənə hədiyyə etdiyi saatla çıxmışam”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR