Aygün Kazımova solo-konsertə hazırlaşır: “Səhnəyə Nazpəri Dostəliyevanın geyimlərində çıxası deyiləm ki...” - FOTOSESSİYA
A. Kazımova konsert proqramının əsasını 20 illik yaradıcılığı boyu ifa etdiyi hit mahnıların təşkil edəcəyini deyib: “Bu konsert mənə 20 il ərzində səhnədə yaşadığım hissləri bir daha yaşamaq imkanı verəcək. İki ay müddətində dayanmadan konsertə hazırlaşacağam. Layihə çərçivəsində ifa olunacaq mahnıların çoxu aranjemanı orijinal quruluşu qalmaq şərti ilə yalnız texniki tərəfdən yeniləcək. Müasir dizaynlı səhnə səs və işıq effektləri ilə bol olacaq. Konsertdə möhtəşəm şou təqdim edəcəyəm. Əsl xalq artisti olduğumu sübut etməyə çalışacağam”.
Xalq artisti səhnədə oxuduğu mahnılara uyğun rəqs nömrələri ilə çıxış edəcəyini də bildirib: “Sözsüz ki, bu konsertdə öz geyimlərimlə çıxacağam, Nazpəri Dostəliyevanın geyimlərində çıxası deyiləm ki... Məhz Nazpəri Dostəliyevanın adını ona görə çəkdim ki, uşaqlıqdan onun fanatıyam. Konsertdə, əsasən ağ geyimlərdən istifadə edəcəyəm”.
“PalSüd”ün siması seçildiyini deyən müğənni bundan sonra daha çox ağ geyimlərə üstünlük verəcəyini bildirib.
Tədbirdə çıxış edən “PalSüd” şirkətinin rəhbəri Paşa Paşayev isə deyib ki, A. Kazımova sözügedən brendin ömürlük siması olacaq: “Aygün Kazımova ilə əməkdaşlığımız sonadək davam etdiriləcək. Konsertə biletlər satılmayacaq. Bütün süd sevərlər biletləri əldə etmək şansını iki ay ərzində “PalSüd”ün keçirdiyi “Südlü hədiyyələr” kampaniyası zamanı qazanacaqlar. Aygün Kazımovanın konsertinə bilet qazanmaq üçün iki ədəd “PalSüd” südü almaq lazımdır. İki ədəd “PalSüd” almış müştəri dərhal mağazada ona hədiyyə qazandıran kupona sahib olacaq, bununla da, “Südlü hədiyyələr” lotereyasının iştirakçısına çevriləcək. Xüsusi nömrələnmiş kupon vasitəsilə alıcı Aygün Kazımovanın konsertinə 1 500 bilet və digər hədiyyələr qazana biləcək”.
P. Paşayev onu da vurğulayıb ki, lotereyada bütün biletlər uduşludur və A. Kazımovanın konsertində iştirak edib-etməməsindən asılı olmayaraq, hər bir lotereya sahibinin kuponu sentyabrın 5-də Yaşıl Teatrda konsertdə təşkil olunacaq super oyunda iştirak edəcək. Super oyunda 1 ədəd noutbook, 1 ədəd Ev Kinoteatrı, 1 ədəd iki nəfərlik Bodruma səyahət və 1 ədəd avtomobil (Hyundai I-10) oynanacaq.
“Südlü hədiyyələr” lotereyası iyulun 10-dan sentyabrın 4-dək oynanacaq.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib