Bank Of Baku

Faiq Ağayev və Flora Kərimovanın qarşılıqlı iddiaları üzrə növbəti proses iyulun 30-da keçiriləcək

Faiq Ağayev və Flora Kərimovanın qarşılıqlı iddiaları üzrə növbəti proses iyulun 30-da keçiriləcək
# 13 iyul 2009 16:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. İyulun 8-də Yasamal rayon Məhkəməsində xalq artistləri Faiq Ağayev və Flora Kərimovanın qarşılıqlı iddiaları üzrə məhkəmə iclası keçirilib. APA-nın məlumatına görə, keçirilən məhkəmə iclası ilə bağlı xalq artisti Faiq Ağayevin vəkili Kamil Məmmədov bəyanat yayıb. Bəyanatda bildirilib ki, hakim Elçin Qurbanovun sədrliyi ilə keçirilən iclasda hakim tərəfləri barışığa çağırıb və tərəflərə hər iki tərəfi qane edən barışıq mətnini hazır etməyi təklif edib. Bu gün keçirilən iclasda E.Qurbanov həmin mətni məhkəməyə təqdim etsə də, Flora Kərimovanın vəkili və Tahir Abbaslının nümayəndəsi məhkəməyə gəlmədikləri üçün növbəti məhkəmə iclası iyulun 30-na təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR