Bank Of Baku

Çexiya “Eurovision” müsabiqəsində iştirakdan birdəfəlik imtina edib

Çexiya “Eurovision” müsabiqəsində iştirakdan birdəfəlik imtina edib
# 24 iyul 2009 06:57 (UTC +04:00)
APA-nın məlumatına görə, bu qərar ölkəni təmsil edən müğənnilərin müsabiqədə daim zəif çıxışı və bu səbəbdən vətəndaşların “Eurovision”a marağının son dərəcə azalması ilə izah olunur. Çexiya müsabiqəyə 2007-ci ildən başlayaraq təmsilçi göndərir, lakin çex müğənnilərin heç biri indiyədək yarımfinal mərhələsindən çıxa bilməyib. Xatırladaq ki, Moskvada keçirilən “Eurovision-2009” müsabiqəsində Çexiyanı Gipsy.cz. qrupu təmsil edib. Bu müsabiqədə Norveç təmsilçisi Aleksandr Rıbak qalib gəlib. Azərbaycanı bu müsabiqədə təmsil edən Aysel Teymurzadə və Araş dueti üçüncü yeri tutublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR