Bank Of Baku

Maykl Ceksonu öldürməkdə şübhəli bilinən şəxsi həkiminin evində və ofisində axtarış aparılıb

Maykl Ceksonu öldürməkdə şübhəli bilinən şəxsi həkiminin evində  və ofisində axtarış aparılıb
# 24 iyul 2009 09:14 (UTC +04:00)
Bakı-APA. Maykl Ceksonun şəxsi kardioloqu Konrad Mürrey bilməyərəkdən adam öldürməkdə şübhəli bilinir. APA-nın məlumatına görə, həkimin evində axtarış aparılmasına dair Hyuston məhkəməsinin verdiyi orderdə bildirilir ki, axtarış həkimin bilməyərəkdən adam öldürməsini təsdiqləyəcək dəlillərin tapılması məqsədilə keçirilir. Dünən Mürreyin şəxsi klinikasında da axtarış aparılıb. Bu, pop-müğənninin ölümünün qətl hadisəsi olmasını təsdiqləyən ilk rəsmi açıqlamadır. Maykl Ceksonun öz əcəli ölmədiyi barədə ilk dəfə məlumat yayan TMZ.com saytı Mürreyin evindən çoxlu sayda preparat, həkimin şəklinin kseposurətini, ödəniş çekləri, Steysi Xoui adlı şəxsin elektron məktublarının surətini, Fed Ex poçt şirkətinə dair informasiya əks olunmuş kart götürüblər. Qeyd edək ki, Maykl Cekson ölən zaman Konrad Mürrey onun yanında olub. Ceksonun evinə təcili yardım çağırılsa da, həkimlər müğənninin həyatını xilas edə bilməyiblər. Müğənninin yüksək dozada güclü ağrıkəsici qəbul etməsi səbəbindən dünyasını dəyişdiyi güman olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR