Bank Of Baku

Türkiyənin məşhur şou-biznes nümayəndələri qumar oynayarkən yaxalanıb

Türkiyənin məşhur şou-biznes nümayəndələri qumar oynayarkən yaxalanıb
# 25 iyul 2009 08:46 (UTC +04:00)
Bakı – APA. Türkiyə polisinin qumarla mübarizə çərçivəsində keçirdiyi əməliyyat zamanı bir neçə tanınmış şəxs yaxalanıb. APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, saxlanılanlar arasında məşhur şoumen Mehmet Əli Ərbil, müğənni Gökhan Güney və türküçü Mustafa Topaloğlu da olub.
Qeyd edək ki, əməliyyat daxil olan informasiya əsasında həyata keçirilib. Polisin villalardan birinə etdiyi qəfil basqında ikisi qadın olmaqla 27 nəfər saxlanılıb. Onların hər biri İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 140 lirə cərimə edildikdən sonra sərbəst buraxılıb.
Qeyd edək ki, qumar düşkünü kimi ad çıxarmış Mehmet Əli Ərbil və Mustafa Topaloğlunun qumar masası başında yaxalanması ilk dəfə deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR