Bank Of Baku

“Azəri-star-2009” müsabiqəsində birincilik uğrunda 15 oğlan, 5 qız yarışacaq

“Azəri-star-2009” müsabiqəsində birincilik uğrunda 15 oğlan, 5 qız yarışacaq
# 25 iyul 2009 11:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Builki “Azəri-star” musiqi müsabiqəsində 20 nəfər mübarizə aparacaq. Layihənin mətbuat katibi Pərviz Əsgərovun APA-ya verdiyi məlumata görə, birincilik uğrunda yarışacaq 20 iştirakçıdan 15-i oğlan, 5-i isə qızdır. P. Əsgərov bildirib ki, finalçılar iki gün davam edən seçim əsasında müəyyənləşib, 100-ə yaxın gənc müğənni arasından seçilib. Finala vəsiqə qazanan 20 gənc hər həftə canlı yayımda hazırladıqları mahnıları tamaşaçılara təqdim edəcəklər. Hər il olduğu kimi, bu il də “Azəri-star” müsabiqəsi sms səsverməsi yolu ilə keçiriləcək. Müsabiqənin münsiflər heyətində xalq artistləri Yaşar Nuri, Faiq Sücəddinov və bəstəkar Aygün Səmədzadə təmsil olunur.

Qeyd edək ki, “Azəri-star-2009” müsabiqəsi “Space” televiziyası ilə “Azəri Star Production”nun birgə təşkilatçılığı ilə həyata keçirilir.

Layihənin informasiya dəstəyi APA İnformasiya Agentliyinə və “Vesti.az” xəbər portalına məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR