Yarışmada üçüncü yeri tutmuş Azərbaycan təmsilçiləri Aysel Teymurzadə və Araş tamaşaçıların səsverməsində ikinci olub. Lakin jüri onları 8-ci yerə layiq görüb. Türkiyəli Hadisə də izləyicilərin xoşuna gəlib və o, 3-cü olub. Jürinin səsverməsində isə Hadisə 7-ci yeri tutub, yekun nəticədə Türkiyə təmsilçisi müsabiqəni 4-cü sırada tamamlayıb. Müsabiqənin qalibi, norveçli Aleksandr Rıbak isə həm tamaşaçıların, həm də jürinin favoriti olub və hər iki səsvermədə birincilik qazanıb.
Jürinin və tamaşaçıların səslərinin necə bölüşdürüldüyünü cədvəl şəkilində təqdim edirik:
Ölkə | Müsabiqənin yekun nəticəsi | Jürinin qərarı | Tamaşaçının qərarı |
Norveç | 1 | 1 | 1 |
İslandiya | 2 | 2 | 4 |
Azərbaycan | 3 | 8 | 2 |
Türkiyə | 4 | 7 | 3 |
Britaniya | 5 | 3 | 10 |
Estoniya | 6 | 5 | 6 |
Yunanıstan | 7 | 11 | 5 |
Fransa | 8 | 4 | 17 |
Bosniya | 9 | 12 | 7 |
Ermənistan | 10 | 15 | 9 |
Rusiya | 11 | 17 | 8 |
Ukrayna | 12 | 16 | 12 |
Danimarka | 13 | 6 | 19 |
Moldova | 14 | 10 | 13 |
Portuqaliya | 15 | 18 | 18 |
İsrail | 16 | 9 | 25 |
Albaniya | 17 | 23 | 11 |
Xorvatiya | 18 | 19 | 16 |
Rumıniya | 19 | 21 | 14 |
Almaniya | 20 | 14 | 23 |
İsveç | 21 | 22 | 15 |
Malta | 22 | 13 | 24 |
Litva | 23 | 20 | 20 |
İspaniya | 24 | 25 | 21 |
Finlandiya | 25 | 24 | 22 |