Bank Of Baku

“AzəriStar – 2009” yarışmasında İlhamə Quliyevaya münsiflik təklif edilməyib

“AzəriStar – 2009” yarışmasında İlhamə Quliyevaya münsiflik təklif edilməyib
# 03 avqust 2009 15:59 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “AzəriStar – 2009” yarışmasında İlhamə Quliyevaya münsiflik təklif edilməyib və onun adı münsiflər heyətinin siyahısında olmayıb. Bu barədə APA-ya “AzəriStar” layihəsinin mətbuat xidmətindən məlumat verilib. Mətbuat xidmətindən bildiriblər ki, xalq artisti İ. Quliyeva və şair Vahid Əzizin münsiflər heyətinə dəvət edildiyi, lakin onların bundan imtina etdiklərinə dair mətbuatda yayılan xəbərlər doğru deyil: “AzəriStar production Vahid Əzizə münsif olmağı təklifi etsə də, o, səhhəti ilə əlaqədar bundan imtina edib. Lakin İlhamə xanımın münsiflər siyahısında adı olmayıb. Onun bu təklifdən imtina etməsi ilə bağlı mətbuatda yayılan məlumatlar və digər xoşagəlməz fikirlər layihəyə zərər gətirmək istəyənlərin uydurmalarıdır. Həmin yazılarla bağlı İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərovla və şair Vahid Əzizlə əlaqə saxladıqda orda yazılan bəzi fikirlərin onlara aid olmadığını deyiblər”.

Mətbuat xidməti bəyan edib ki, “AzəriStar-2009” müsabiqəsinin münsiflər heyətində Aygün Səmədzadə, Yaşar Nuri və Faiq Sücəddinov təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR