Bank Of Baku

Xalq artisti İlhamə Quliyeva doğum gününü Vətəndən kənarda qeyd edəcək

Xalq artisti İlhamə Quliyeva doğum gününü Vətəndən kənarda qeyd edəcək
# 10 avqust 2009 16:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyeva ad gününü Moskvada keçirəcək. Bununla bağlı APA-ya açıqlama verən İ. Quliyeva bildirib ki, avqustun 17-də, yəni doğum günündə Bakıda olmayacaq: “Səfərim ad günümlə bağlı deyil, sadəcə olaraq Moskvada keçiriləcək bir tədbirə dəvət olunmuşam, həmin tədbirdə iştirakım vacibdir. Ayın 16-sı gecə Bakıdan Moskvaya gedəcəyəm. Səfərim üç gün davam edəcək. Sonra isə gələcəyəm və dostlarımı ətrafıma yığıb ad günümü qeyd edəcəyəm. Əslində anam Tükəzban İsmayılova dünyasını dəyişdikdən sonra artıq məndə istək də yoxdur, artıq o gün mən özüm üçün Tükəzban xanımın xatirəsi günü kimi qeyd edirəm”.

Hər zaman yaşını sirr saxlayan İlhamə Quliyeva özünü çox gənc hiss etdiyini xüsusi vurğulayıb: “Hər zaman demişəm ki, insanın yaşı ürəyinin cavanlığı qədərdir. Qəlbi nə qədər cavandırsa, gəncdirsə, yaşı da o qədərdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR