Bank Of Baku

Türkiyəli müğənni Kutsi “Azəri-star”ın qonağı olacaq

Türkiyəli müğənni Kutsi “Azəri-star”ın qonağı olacaq
# 11 avqust 2009 14:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Avqustun 17-dən etibarən “Azəri-star-2009” musiqi müsabiqəsi start götürəcək. Müsabiqənin mətbuat katibi Pərviz Əsgərovun APA-ya verdiyi məlumata görə, müsabiqə “Space” televiziyasında canlı yayımla nümayiş olunacaq. 20 nəfər gənc müğənninin mübarizə aparacağı müsabiqədə hər həftə bir iştirakçı müsabiqəni tərk edəcək.
P. Əsgərovun sözlərinə görə, müsabiqənin hər həftənin birinci və ikinci günləri 22:00-da nümayiş olunacaq. Müsabiqənin münsiflər heyətində Yaşar Nuri, Faiq Sücəddinov, Aygün Səmədzadə və Azərbaycanın tanınmış bir müğənnisi təmsil olunacaq. Dördüncü münsifin adının yaxın günlərdə açıqlanacağını bildirən mətbuat katibi builki müsabiqədə bir sıra yeniliklərin həyata keçiriləcəyini də diqqətə çatdırıb. Müsabiqəni izləyən tamaşaçılar üçün layihə rəhbərliyinin sürpriz hazırladığını deyən P.Əsgərov artıq sürprizlərdən birinin məlum olduğunu bildirib. Onun sözlərinə görə, Türkiyənin tanınmış müğənnisi, “Doktorlar” serialında baş rolu canlandıran müğənni Kutsi müsabiqənin qonağı olacaq. Oktyabrın ilk ongünlüyündə Bakıya gələcək müğənni canlı yayımda müsabiqə izləyiciləri üçün öz sevilən mahnılarını da ərməğan edəcək.
P.Əsgərov onu da deyib ki, bu müsabiqədə münsiflər də bəyəndikləri iştirakçını SMS verməklə dəstəkləyə biləcəklər. Müsabiqənin münsiflər heyətində təmsil olunan dörd münsifin hərəsinə ümumilikdə 200 SMS vermək hüququ veriləcək. Müsabiqənin qalibinə avtomobil hədiyyə ediləcək.
Qeyd edək ki, “Azəri-star-2009” müsabiqəsi “Space” televiziyası ilə “Azəri Star Production”un birgə təşkilatçılığı ilə həyata keçirilir.
Layihənin informasiya dəstəyi APA İnformasiya Agentliyinə və “Vesti.az” xəbər portalına məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR