Müğənnilərin bahalı, mühafizəli və bağbanlı bağ evləri - SORĞU
Apardığımız sorğu zamanı məlum olub ki, şou-biznesdə qaz vurub, qazan dolduran sənətçilərin əksəri müasir və çoxmərtəbəli bağ evinə sahibdirlər. Müxtəlif mövzularda apardığımız sorğularda şou-biznes əhlinin bəzi məqamları, əsasən də maddi dəyərləri gizli saxlaması sirr deyil. Elə bu mövzumuzda da sənətçilər sahib olduqları bağ evlərinin onlara neçəyə baş gəldiyini açıqlamaqdan imtina ediblər. Ancaq bu sualımızı cavablandıran bir neçə şou-biznes əhli də tapılıb.
Azərbaycanın xalq artisti İlhamə Quliyeva bir deyil, iki bağ evinə sahib olduğunu açıqlayıb. Məlum olub ki, bu bağ evlərindən biri xalq artistinə valideynlərindən miras qalıb: “ikinci bağım dövlət bağ evidir ki, mən əsasən orada qalıram. Bağ evim müasir standartlara uyğundur və üç mərtəbədən ibarətdir. Valideynlərimdən qalan bağ evində isə çox az oluram. Həbib müəllim dünyasını dəyişdikdən sonra orada çox qala bilmirəm”. İki bağ evinə sahib olan İ.Quliyeva hər iki bağın bağbanının və daimi baxıcısının olduğunu vurğulayıb. Müğənni bağda istirahəti zamanı özü də bağ evinin həyətyanı sahəsindəki ağaclara qulluq etməkdən zövq aldığını qeyd edib. Amma müğənni bağ evinin maddi dəyərini açıqlamaqdan imtina edib. Ölkə xaricində heç bir mülk sahibi olmadığını da açıqlayan xalq artisti, hər hansı ölkəyə səfəri zamanı orada rahat yaşamağa imkanı olduğunu deyib.
Xalq artisti Nazpəri Dostəliyevanın dördmərtəbəli bağ evi isə Novxanıda yerləşir. Bağ evində daima yeddi işçi olduğunu deyən xanım sənətçi bağının sahəsini böyütmək üçün əhatəsində olan bütün evləri aldığını da qeyd edib. Bağ evinin həyətində müxtəlif meyvə ağacları əkilib, iki hovuzu var. Bu xanım sənətçi müasir standartlara cavab verən bağ evinin sahibi olmasına baxmayaraq, yay mövsümünü xarici ölkələrdə keçirməyə üstünlük verir. Əldə etdiyimiz məlumata görə, Nazpəri xanıma bu bağ evi 3, 5 milyon ABŞ dollarına başa gəlib. Onu da öyrəndik ki, Azərbaycan estradasında ən bahalı bağ evi məhz bu sənətçiyə məxsusdur.
Xanım müğənnilər arasında dəyəri yüksək olan bağ evlərindən birinin sahibəsi də Nisə Qasımovadır. Xalq artistinin bağ evi Altıağacda yerləşir və üç mərtəbəlidir. Müğənninin bağ evi qəsr formasında tikilib. Geniş meşəliyi olan bağ evində sənətçi müxtəlif heyvanlarla yanaşı, at da saxlayır.
Digər bir xalq artisti Aygün Kazımovanın elə yenicə qədəmlərini qoyduğu və bu ildən bəhrəsini gördüyü bağ evi üç ilə yaxındır ki, tikilir. Bağ evini Bilgəhdə tikdirən Aygün Kazımova nəhayət ki, bu yay təmiri başa çatdıraraq, orada dincəlməyə başlayıb. Xalq artistinin bağ evi bir mərtəbəlidir və müasir standartlara uyğun tikilib. Bağ evində ev işlərini özü görən müğənni burada daimi işçiləri olduğunu da deyib. Müğənni bildirib ki, hər bir bağ evinin müntəzəm bağbanı olmalıdır.
Sənətçilər arasında apardığımız sorğu zamanı maraqlı bir faktla da rastlaşdıq. Belə ki, meyxana ustası Namiq Qaraçuxurluya eyni sualla müraciət etdiyimizdə o da Bilgəhdə bir mərtəbəli bağının olduğunu deyib. Məlum olub ki, A. Kazımova ilə N. Qaraçuxurlu ikisi bir bağ evinə sahibdirlər.
Əməkdar artist Ədalət Şükürov çox uzaqda deyil, Saray qəsəbəsində üç mərtəbəli bağ evi olduğunu açıqlayıb. Sənətçinin bildirdiyinə görə, bağda ilin bütün fəsillərində bağban və mühafizəçi var. Bağının həyətində müxtəlif ağacları olan Ə. Şükürov həmin ağaclara özü qulluq etməkdən zövq alır.
Əməkdar artist Eyyub Yaqubov da bütün yay mövsümünü Şüvəlanda yerləşən bağ evində istirahət etməyə üstünlük verir. Birmərtəbəli bağ evi uzun illərdir ki, Eyyub Yaqubova məxsusdur. E. Yaqubov da bağ evinin neçəyə başa gəldiyini xatırlamadığını əsas gətirərək, bağın maddi dəyərini açıqlamaqdan imtina edib.
Xalq artisti Faiq Ağayevin isə bağ evi yoxdur. Bağ evinin olmamasını da özünəməxsus əsaslandıran sənətçi, israfçılıq etməkdən xoşlanmadığını deyib: “Mən bütün yay mövsümünü şəhərdə qalıram. Bağ evim olsa da heç nə dəyişməyəcək. İldə iki, ya da üç gün istirahət edirəm. Fikrimcə, belə olan halda israfçılığa yol vermək gərəksisizdir ”.
Daimi olaraq sorğularımızda iştirak edən Nadir Qafarzadə bu dəfə də ənənəsinə sadiq qalaraq suallarımızı cavablandırarkən həmkarlarından seçilib. Yeri gəlmişkən onu da qeyd edək ki, N. Qafarzadə bağ evinin maddi dəyərini şəxsən özü açıqlayan yeganə müğənnidir: “Burda qəribə nə var ki, indi bütün insanların bağ evi var. Maştağada bağ evim var, birmərtəbəlidir, 20 sotluq həyatyanı sahəsi var. Tək torpağı 25 min dollara almışdım. Torpağı “aranjirofka” elətdirdim, sonra ev tikdirdim. Bağ evi mənə ümumi 150 min dollara başa gəlib. Bütün ağacları, gül-çiçəkləri özüm əkmişəm. Heyvan da saxlayıram, qoyunlar, toyuqlar var. Həyətimdə isə it saxlayıram. Heyvanları da, təbiəti də çox sevdiyimdən hamısına özüm qulluq edirəm. Hər səhər heyvanlara “sabahınız xeyir olsun” deyirəm. Uşaqlarım bütün yayı orda olur, mən ancaq vaxt tapanda gedirəm. Bağda mühafizəçi var”.
Xanım müğənni Xumar Qədimovanın bağ evi Buzovnada yerləşir və iki mərtəbəlidir. Bağ evində böyük hovuz olduğunu söyləyən müğənni bağ evinin maddi dəyərinin çox yüksək olduğunu da vurğulayıb. X. Qədimova, nəzərdən qorxduğu üçün qiyməti açıqlamayıb: “Bağ evini özüm tikdirmişəm. Tam müasir standartlara uyğundur. Düşünürəm ki, bağbansız bağ olmaz. Ona görə də bağımın işini çox yaxşı bacaran bağbanı var. Ancaq bağ evimdəki hovuzdan özüm istifadə etmirəm”.
Rejissor Fuad Əlişov da bağ evi olmayan şou əhli sırasındadır. Bağ evinin olmadığını bildirən klipmeyker, bunun arzusunda belə olmadığını deyir: “Belə bir misal var ki, “bağa baxarsan bağ olar, baxmarsan dağ olar”. Mənim bağım olsaydı, yəqin ki, bir-iki aya dağ olacaqdı. Bağda dostlarla birgə istirahət etməyi xoşlayıram. Ancaq hələ ki, şəxsi bağ həvəsində deyiləm. Bağım olsa, əsasən yaşıllığının bol olmasına diqqət edəcəyəm”.
Müğənni Rəqsanə İsmayılovaya isə elə bu il doğum günündə bağ evi hədiyyə edilib. Məbləği 500 min ABŞ dollarına yaxın olan bu bağ evi Şüvəlanda yerləşir və çoxmərtəbəlidir. Bu bağ evi müğənniyə sevdiyi şəxs tərəfindən hədiyyə edilib.
Gürcü qızı Manananın isə Azərbaycandan kənarda, Kobulettidə bağ evi var. Müğənni hər yay mövsümündə məhz orda istirahət edir.
Müğənni Kərim Pirşağı da nə az, nə çox düz üç mərtəbəli bağ evinin olduğunu açıqlayıb. Bağ evinin ərazisi 6 sotdur və bağ evində müxtəlif meyvə ağacları var. Həmkarlarından geri qalmayan Kərim, bağ evinin ona neçəyə baş gəldiyini açıqlamaq arzusunda olmayıb.
Müğənni Nuranın Bilgəhdə bağ evi var. Bu bağ evi isə onun valideynlərinə məxsusdur. Müğənni bağ evində istirahət etməkdən daha çox Moskvada istirahət etməyə üstünlük verir. Bu il də müğənni Moskva və Bodrumda istirahət edir.
Müğənni Nurlan Növrəsli ailəsinin Türkanda bağ evinin olduğunu söyləyib: “Şəxsi olmasa da, ailəmizə məxsusdur. Sahəsi 6 sotdur və iki mərtəbədən ibarətdir. Əslində mən müasir standartlara uyğun bağı bağ kimi təsəvvür etmirəm. Bağ bağ olmalıdır. Bağda tut ağacı mütləq olmalıdır. Ailəliklə bağımızda istirahət edirik. Gələcəkdə şəxsi bağım olmasını istəyirəm”.
Bağ evinə sahib olmayan şou-biznes əhli arasında Elariz Məmmədoğlu və İlhamə Qasımova da var. Hər iki müğənni bağ evinin olmadığını, ancaq gələcək üçün bunu planlaşdırdıqlarını bildiriblər.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib