Bank Of Baku

Müğənni Röya 10 gün konsert verəcək

Müğənni Röya 10 gün konsert verəcək
# 12 avqust 2009 12:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Ana olmağa hazırlaşan müğənni Röya oktyabrın 1-dən 10-na kimi xüsusi hazırlanmış şou-konsert proqramı ilə çıxış edəcək. APA-nın məlumatına görə, “Ulduz nağılı” adı altında həyata keçiriləcək 10 günlük konsert proqramı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutacaq. Bu silsilə şou-proqram ana olmağa hazırlaşan Röyanın övladının dünyaya gəlməsindən əvvəl sonuncu çıxışı olacaq. Müğənni 10 günlük konsertini Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə öz hesabına həyata keçirəcək. Modelyer Səbinə Hüseyn müğənni üçün 15 konsert kostyumu hazırlayır. 10 gün müddətində müğənni ən sevilən və yeni mahnıları ilə yanaşı, həmkarları ilə ifa etdiyi duetlərini də pərəstişkarlarına təqdim edəcək. “Ulduz nağılı” adlı şou-proqramın biletlərinin qiyməti 20-50 manat arasındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR