Bank Of Baku

Faiq Ağayev: “Flora Kərimova Azərbaycan dövlətçiliyinin bünövrəsi altında hələ ki partlamamış, yatmış bir mərmidir!”

Faiq Ağayev: “Flora Kərimova Azərbaycan dövlətçiliyinin bünövrəsi altında hələ ki partlamamış, yatmış bir mərmidir!”
# 13 avqust 2009 07:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Dünən Azərbaycan vətəndaşlığından imtina edəcəyi haqda Flora Kərimovanın KİV-də yaydığı bəyanat məni bu mövzuya münasibət bildirmək məcburiyyəti qarşısında qoydu. Çünki həmin müəmmalı çıxış Yasamal Rayon Məhkəməsində aramızdakı mübahisə ilə bağlı keçirilən növbəti məhkəmə iclasından dərhal sonra səsləndi. Hakim tərəfindən vəsatəti təmin olunmayan Flora Ələkbərovna bu addıma imza atarkən açıq-aydın siyasi şantaj nümayiş etdirmiş oldu. Belə halda ortaya bir neçə sual çıxır: Bu şantaj KİMƏ ünvanlanıb? Bu hərəkət NİYƏ edilib? Cavab aydından da aydındır. Bu hərəkəti ilə Kərimova özünü qane edəcək nəticə əldə etməkdən ötrü məhkəməyə növbəti təzyiq göstərmək cəhdi etdi. Görünür, bu, keçmiş aktiv siyasi fəaliyyətə yenidən qayıdışdır!”
Bu açıqlamanı APA-ya Azərbaycanın xalq artisti Faiq Ağayev göndərib. Bəyanat formasında yazılan bu açıqlamada daha sonra deyilir: “Bir məqama da toxunmaq vacibdir ki, Flora Ələkbərovnanın təkrar linqvistik ekspertiza ilə bağlı vəsatətini təmin etməməklə yanaşı, hakim Kərimova ilə rəsmi nikahda olan şəxslər və onların qohumları ilə əlaqədar tərəfimdən qaldırılan vəsatəti də təmin etmədi. YRM-də keçirilən bu prosesdə hər iki tərəfin hüquqları eyni qaydada təmin olunur. Hətta deyərdim ki, qarşı tərəfin mənafeləri nisbətən daha böyük həvəs və şövq ilə qorunur. Məsələn, 2-ci ittihamçı Tahir Abbaslının bir dəfə də olsun məhkəmə iclasına gəlməsi hələ də təmin olunmayıb. Lakin bu hallar belə mənə əsas vermir ki, son nəticədə MƏİŞƏT ARAŞDIRMASINDAN başqa heç nə olmayan bu təhqiqatdan ötrü doğma Yurdumun vətəndaşlığından imtina edim! Çıxışlarında “Vətən uğrunda canımı qoymuşam”, “Sənətimin ən çiçəklənən vaxtı Qarabağ deyib səhnəni meydanlara, mitinqlərə dəyişdim”, “Təki hər kişi mənim əqidəmin, iradəmin sahibi olaydı” kimi şüarları ehtiras və coşqunluqla səsləndirən Flora Ələkbərovna isə beləmi asanlıqla doğma məmləkətindən imtina edə bilər? Nə qədər acı olsa belə, bu bir həqiqətdir - Flora Kərimova şəxsi mənafelərini Vətəndən daha uca tutan, Azərbaycan məhkəmə sisteminə qarşı cəmiyyətdə inamsızlıq yaradan, ədliyyə orqanlarının işini “qərəzli, tərəfkeşlik edən” adlandıran birisi, son nəticədə Azərbaycan cəmiyyəti və Azərbaycan dövlətçiliyinin bünövrəsi altında olan hələ ki partlamamış, yatmış bir MƏRMİDİR!”
Qeyd edək ki, Azərbaycanın xalq artisti Flora Kərimova APA-ya açıqlamasında aktyor Sərxan Kərəmoğlu ilə məhkəmə çəkişməsi ilə əlaqədar hazırda Gəncədə olduğu üçün məsələyə sabah münasibət bildirəcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR