Bank Of Baku

Rusiyanın tanınmış “Na-Na” qrupu bu gün Bakıya gəlir

Rusiyanın tanınmış “Na-Na” qrupu bu gün Bakıya gəlir
# 13 avqust 2009 11:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Rusiyanın tanınmış “Na-Na” qrupu üç gün Bakının qonağı olacaq. Qrup üzvləri bu gün Bakıya gələcək. Bu barədə APA-ya qrupun Bakıya səfərini təşkil edən “Baltika-Bakı” şirkətinin marketinq-meneceri İnna Daxnoviç məlumat verib.
İ. Daxnoviçin sözlərinə görə, qrup üzvləri səfər çərçivəsində Bakıda konsert proqramı ilə çıxış edəcəklər. “Shock Show” adı altında keçiriləcək konsert avqustun 14-də “Xəzər Golden Beach”də baş tutacaq. Təşkilatçı şirkətin marketinq-meneceri bildirib ki, konsertdə “Na-Na” qrupu yeni və çoxsaylı spesifik effektlərdən istifadə edəcək. Konsert axşam saat 22:00-da başlayacaq və səhərə kimi davam edəcək. İki hissədən ibarət proqramda qrup üzvləri I hissədə bakılı pərəstişkarları qarşısında köhnə və ən sevilən, II hissədə isə yeni mahnılarını ifa edəcəklər. Qrup üzvləri avqustun 15-də Azərbaycana səfəri başa vuracaqlar.
Qeyd edək ki, “Na-Na” qrupu 18 ildir fəaliyyət göstərir. Hazırda yeni tərkibdə fəaliyyət göstərən bu qrup beş nəfərdən ibarətdir. Qrupda köhnə heyətdən iki nəfər - Vladimir Tolipov və Vyaceslav Jerebkin fəaliyyətlərini davam etdirirlər. Qrupdakı üç yeni solist isə Oleq Kurşinov, Yuri Rımarev və Sergey Qriqoryevdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR