Bank Of Baku

Rusiyanın “Na-Na” qrupu: “Bakı şəhəri bizi valeh edir” - FOTOSESSIYA

Rusiyanın  “Na-Na” qrupu: “Bakı şəhəri bizi valeh edir”  - <font color=red>FOTOSESSIYA </font>
# 14 avqust 2009 13:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Ötən gün Bakıya gələn Rusiyanın tanınmış “Na-Na” qrupunun üzvləri bu gün yerli media mənsubları ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə iştirak edən qrup rəhbəri Bari Alibasov və qrup üzvləri Azərbaycana gəlişlərindən məmnun olduqlarını deyiblər. B.Alibasov artıq 20 ildir ki, fəaliyyət göstərən “Na-Na” qrupunun Bakıda yeni və xüsusi proqramla çıxış edəcəklərini bildirib: “Bizim qrup üzvlərinin hər biri, mən də içlərində olmaqla, Bakıya xüsusi sevgi bəsləyirik. Bu bizim Bakıya ilk səfərimiz deyil. İndiyə kimi Bakıda bir çox çıxışlarımız olub. Ancaq budəfəki çıxışımızın daha çox səs-küy yaradacağına əminik. Çünki hazırladığımız proqram çox özəldir”. Qrup üzvlərindən olan Vladimir Tolipov ötən gün Bakını gəzdiyini və Bakıda çoxsaylı yeniliklər olduğunu dilə gətirib: “Azərbaycan bizim üçün çox dəyərlidir. Biz Bakıda Polad Bülbüloğlunun yubileyində də iştirak etmişik. Azərbaycan musiqisi isə bizi çoxdan valeh edir”.
Qrup rəhbəri B. Alibasov isə yerli mətbuat nümayəndələrinin “Na-Na” qrupunun əvvəllər daha populyar, indi isə bir o qədər də populyar olmaması ilə bağlı sualı cavablandırarkən bunun günahının televiziyalarda gördüyün deyib: “Bizim qrup yeni yaranan ilk illər vaxtaşırı televiziya proqramlarında çıxış edirdilər. İndi isə televiziya proqramları bizim qrupu dəvət etməkdənsə, özlərinin keçirdikləri müsabiqələrdə iştirak edən gəncləri dəvət etməyə üstünlük verirlər. Çünki öz yetirmələrini reklam etmək istəyirlər, sənət nümayiş etdirən isə qalır kənarda. Biz çox qısa müddətdə tanındıq və indi də sevilirik. Əsas istəyimizə nail olmuşuq və hazırda da bu sevgini itirməmək üçün əlimizdən gələnə edirik”. Digər qrup üzvləri də çıxışlarında Bakıya çox böyük sevgi bəslədiklərini qeyd ediblər və bugünkü konsertdə pərəstişkarlarına möhtəşəm şou vəd ediblər.

Qeyd edək ki, “Na-Na” qrupu üç gün Bakının qonağı olacaq. Qrup üzvlərinin Bakıya səfəri “Baltika-Bakı” şirkəti tərəfindən həyata keçirilib. “Na-Na” qrupu bu gün “Xəzər Golden Beach” “Shock Show” adlı xüsusi və yeni proqramla çıxış edəcəklər. İki hissədən ibarət olacaq proqramda qrup üzvləri I hissədə bakılı pərəstişkarları qarşısında köhnə və ən sevilən, II hissədə isə yeni mahnılarını ifa edəcəklər. Qrup üzvləri avqustun 15-də Azərbaycan səfərini başa vuracaqlar. Rusiyanın tanınmış “Na-Na” qrupu bu il fəaliyyətinin 20 ilini qeyd edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR