Bank Of Baku

Faiq Ağayev Flora Kərimova ilə bağlı Ali Məhkəməyə şikayət edib

Faiq Ağayev Flora Kərimova ilə bağlı Ali Məhkəməyə şikayət edib
# 15 avqust 2009 11:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq artisti Faiq Ağayev həmkarı Flora Kərimovanın onu yenidən məhkəməyə verməsi ilə bağlı bu gün yeni bəyanat yayıb. F.Ağayevin APA-ya ünvanladığı bəyanatda deyilir: “Flora Ələkbərovna mənimlə yox, öz-özü ilə olduqca təhlükəli bir oyuna başlayır. 13 avqust tarixli bəyanatıma görə, məni yeni məhkəmə prosesi ilə hədələyən Kərimova nədənsə unudur ki, qəzəbinə səbəb olan məktubumda işıqlandırılan məqamların müəllifi özüdür. Buna bariz sübut opponentimin son vaxtlar KİV-də dəfələrlə Azərbaycan məhkəmə və ədliyyə sistemlərinə dair səsləndirdiyi fikirlər, habelə 6 aydır ki, sürən prosesimizin iclasları zamanı protokollaşdırılmış çıxışlarıdır. Yeni məhkəmə dartışması başlasa, Flora Ələkbərovna öz dediklərini inkar etməyə məcbur olacaq. 70 yaşı haqlamış bir insan üçün bu, nə qədər yaraşacaq hərəkətdir? Əlavə olaraq qeyd etmək istərdim ki, Kərimovanın xüsusi ittiham qaydasında qaldırdığı cinayət işinə dair Apelyasiya Məhkəməsinin qərarı ilə bağlı mən və vəkilim Kamil Məmmədov Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti ilə müraciət etmişik. Şikayətimiz icraata qəbul olunub. İşə baxış 2009-cu il 9 oktyabr tarixinə təyin edilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR