Bank Of Baku

Azərbaycanın “Eurovision-2010” yarışmasına hazırlığı Amerika şirkətinə həvalə oluna bilər

Azərbaycanın “Eurovision-2010” yarışmasına hazırlığı Amerika şirkətinə həvalə oluna bilər
# 17 avqust 2009 08:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Amerikanın məşhur “İzzy Gold Records” şirkətinin prezidenti 2010-cu ildə Osloda keçiriləcək “Eurovision” mahnı yarışması ilə bağlı Azərbaycanın milli seçimlərini həyata keçirən mütəxəssislərlə görüşəcək. APA-nın “Eurovision” müsabiqəsinin rəsmi internet saytına istinadən xəbərinə görə, bu məqsədlə şirkətin prezidenti və yaradıcısı Kris Yang avqustun 25-dən sentyabrın 4-dək Bakıya səfər edəcək. Səfər çərçivəsində şirkət rəhbəri öz musiqi üslubunu Azərbaycan musiqiçilərinə təqdim etmək fikrindədir. O, bu müddət ərzində həm müsabiqənin milli seçim turunu həyata keçirən mütəxəssislərlə görüşəcək, həmçinin müsabiqədə Azərbaycanı təmsil edəcək iştirakçının seçilməsi üçün aparılan seçimlərlə maraqlanacaq. Saytın xəbərində o da bildirilir ki, ötən il Azərbaycan uzun illər İsveçdə yaşayan Araş tərəfindən təqdim olunan mahnı ilə təmsil olunmuşdu və deyəsən bu il də Azərbaycan bu ənənəni davam etdirəcək. Ancaq Azərbaycanın müsabiqədə iştirakını həyata keçirən İctimai Televiziya və Radio Yayım Şirkəti (İTV) bu məsələyə hələ ki, münasibət bildirməyib. “İzzy Gold Records” şirkətinin prezidenti müsabiqənin rəsmi internet saytına verdiyi açıqlamada bunları deyib: “Mənim üçün bu cür unikal və həyəcanlandırıcı musiqi hadisəsində iştirak etmək çox böyük imkandır. Mən Amerikada bir çox tanınmış insanlarla işləmişəm və azərbaycanlı sənətçilərlə işləmək fürsəti məni çox həyəcanlandırır”. Musiqi biznesinin veteranı olan Kris Yang 16 illik fəaliyyəti dövründə bir çox aktyorların karyerasına – Corc Klinton (George Clinton), Eşli Simson (Ashlee Simpson), Tiksi Rays (Trixy Reiss), “Amerika ulduzu” yarışmasının iştirakçısı Viliam Hang (William Hung) yardım edib.

Qeyd edək ki, sözügedən Amerika şirkətinin əsası Nyu-York şəhərində qoyulub və əsas iş prinsipi musiqi istehsalı, sənətçilərin və artislərin inkişafı, beynəlxalq arenaya çıxışını təmin etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR