Bank Of Baku

Bu günə nəzərdə tutulan “Azəri-star-2009” yarışması baş tutmayacaq

Bu günə nəzərdə tutulan “Azəri-star-2009” yarışması baş tutmayacaq
# 18 avqust 2009 13:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Space” televiziyasının və “Azəri-Star” prodakşnın birgə layihəsi olan “Azəri Star-2009”-un ötən günkü (17.08.09) canlı efirindən sonra sözügedən layihənin təşkilatçıları yeni bir qərar veriblər. “Azəri-Star” prodakşnın mətbuat katibi Pərviz Əsgərovun APA-ya verdiyi məlumata görə, 20 finalçıdan birinin elə birinci həftədən müsabiqəni tərk etməməsi üçün belə düşünülüb ki, iştirakçılar daha bir həftə tamaşaçıların qarşısında çıxış etsinlər və münsiflərin verdiyi səslərə görə müsabiqədə öz yerlərini tutsunlar: “SMS-lərin azlığına görə müsabiqəni tərk etməsi həmin iştirakçıya qarşı haqsızlıq olardı. Beləliklə, gələn bazar ertəsi, yəni avqustun 24-də 20 gənc ifaçı öz ifasını yenidən nümayiş etdirəcək. Ancaq avqustun 25-də, yəni çərşənbə axşamı həm tamaşaçı, həm də münsiflərdən az səs toplayan iştirakçılardan biri müsabiqəni tərk edəcək”. P.Əsgərov mətbuat vasitəsilə “Azəri-star” yarışmasının daimi tamaşaçılarına da müraciət edib və tamaşaçıların öz bəyəndikləri iştirakçıya səs verməyə çağırıb.
Qeyd edək ki, “Azəri-star-2009” müsabiqəsinin informasiya dəstəyi APA İnformasiya Agenltliyi və Vesti.az portalına məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR