Bank Of Baku

Flora Kərimova: “Mən hüquqi müstəvidə udmasam da, mənəvi tərəfdən çoxdan qalibəm”

Flora Kərimova: “Mən hüquqi müstəvidə udmasam da, mənəvi tərəfdən çoxdan qalibəm”
# 20 avqust 2009 15:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Avqustun 21-də Yasamal rayon Məhkəməsində Azərbaycanın xalq artisti Flora Kərimovanın həmkarı Faiq Ağayevə, eləcə də Faiq Ağayevin həmkarı Flora Kərimovaya qarşı qaldırdığı qarşılıqlı iddia ilə bağlı məhkəmə qərarı elan olunacaq. Bunu APA-ya açıqlamasında xalq artisti Flora Kərimova deyib. Onun sözlərinə görə, artıq məhkəmə istintaqı başa çatıb və hakim Elçin Qurbanovun sədrliyi ilə keçiriləcək sabahkı iclasda qərar oxunacaq. F. Kərimova məhkəmənin qərarının onun üçün vacib olmadığını deyib: ”Mən məhkəmə qərarında qələbə çalmayacağımı bilirəm. Bu fikri söyləməyə mənə çox şeylər əsas verir. Mən hüquqi müstəvidə udmasam da, mənəvi tərəfdən çoxdan qalibəm. Faiq isə uduzdu ki, uduzdu...”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR