Bank Of Baku

TRT: Türkiyəni “Eurovision-2010” da Tarkan təmsil etməyəcək

TRT: Türkiyəni “Eurovision-2010” da Tarkan təmsil etməyəcək
# 21 avqust 2009 08:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Türkiyənin “Eurovision” müsabiqəsində iştirakını həyata keçirən TRT kanalı bir neçə gündür dünya mediasında Tarkanın Osloda keçiriləcək “Eurovision-2010” yarışmasında Türkiyəni təmsil etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, Tarkan Türkiyəni 55-ci “Eurovision” müsabiqəsində təmsili etməyəcək. Bu təkzibi TRT ilk öncə məhz müsabiqənin rəsmi internet saytına eksklüziv açıqlamasında deyib.
TRT rəhbərliyi tərəfindən verilən açıqlamada yayılan bu xəbərlərin tam yanlış olduğunu da bildirilib. TRT-nin açıqlamasında bildirilir ki, Türkiyənin “Sabah” və “İnternethaber” qəzetlərində Tarkanın TRT ilə müqavilə imzalaması və müqavilənin gələn həftə açıqlanacağı barədə yazılanlar yalan informasiyadır.
Qeyd edək ki, ötən gün APA Tarkanın meneceri və prodüseri Ulqar Ataşla əlaqə saxlayaraq bu xəbərin düzgün olmadığını aydınlaşdırmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR