Bank Of Baku

Azərbaycan məşhur “Golden Stag” musiqi yarışmasında təmsil olunacaq

Azərbaycan məşhur “Golden Stag” musiqi yarışmasında təmsil olunacaq
# 21 avqust 2009 09:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan “Eurovision” müsabiqəsindən sonra Avropada ikinci böyük müsabiqə hesab olunan “Golden Stag” yarışmasında təmsil olunacaq. APA-nın xəbərinə görə, ənənəvi olaraq hər il keçirilən müsabiqə dünyada artıq böyük populyarlıq qazanıb. Bu mötəbər yarışmada Azərbaycanı gənc müğənni Emin Həsən təmsil edəcək. Sentyabrın 2-dən 7-dək davam edəcək müsabiqə Rumıniyanın Braşov şəhərində keçiriləcək. Yarışma üç mərhələdən – seçmələr, yarımfinal və finaldan ibarətdir. Müsabiqənin şərtlərinə görə, hər iştirakçı yarışma üçün iki mahnı hazırlamalıdır. Müsabiqənin qalibinə 10 000, II yeri tutana 7 000, III yeri qazanan iştirakçıya isə 5 000 avro dəyərində pul mükafatı təqdim olunacaq. Bununla yanaşı müsabiqənin münsiflər heyətinin seçimi əsasında və tamaşaçı simpatiyası qazanmış iki iştirakçının da hər biri 3 000 avro məbləğində pul mükafatı ilə təltif olunacaq. “Golden Stag-2009” beynəlxalq musiqi yarışmasında Azərbaycanla yanaşı, Türkiyə, Rumıniya, Avstraliya, Belçika, Bolqarıstan, Çin, Kipr, Estoniya, Finlandiya, İsrail, İtaliya, Litva, Makedoniya, Malta, Meksika, Moldova, Norveç, Rusiya və Ermənistan iştirak edəcək. Türkiyəni bu yarışmada “4 yüz” qrupu, Rusiya isə Nikolay Demidov təmsil edəcək.

Qeyd edək ki, “Golden Stag” müsabiqəsində bu zamana kimi dünyanın məşhur müğənniləri Xulio İglesias və Kristina Aguilera da iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR