Bank Of Baku

Məhkəmə Faiq Ağayevlə Flora Kərimovanın bir-birindən qarşılıqlı olaraq üzr istəməsi barədə qərar çıxarıb

Məhkəmə Faiq Ağayevlə Flora Kərimovanın bir-birindən qarşılıqlı olaraq üzr istəməsi barədə qərar çıxarıb
# 21 avqust 2009 14:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Yasamal rayon Məhkəməsində Azərbaycanın xalq artisti Flora Kərimovanın həmkarı Faiq Ağayevə, eləcə də Faiq Ağayevin həmkarı Flora Kərimovaya qarşı qaldırdığı qarşılıqlı iddia əsasında məhkəmə qərarı elan olunub. APA-nın məlumatına görə, hakim Elçin Qurbanovun sədrliyi ilə keçirilən prosesdə hakim məhkəmənin çıxardığı qətnaməni elan edib.

Qərara əsasən, xalq artisti Faiq Ağayev Flora Kərimovaya ünvanladığı təhqirlərə görə Flora Kərimovadan, Flora Kərimova isə Faiq Ağayevdən üzr istəməlidir. Eyni zamanda tərəflər bir-birinə 2 000 manat məbləğində təzminat ödəməlidir. Məhkəmə prosesində xalq artisti Faiq Ağayev iştirak etsə də, Flora Kərimova iştirak etməyib. Prosesdə F. Kərimovanı vəkil Yunis Vəliyev təmsil edib.

Qeyd edək ki, hər iki xalq artistinin bir-birinə qarşı qaldırdığı şərəf və ləyaqətin təhqiri, böhtan xarakterli yazıların dərc olunması iddiası üzrə ilk məhkəmə prosesi bu ilin fevralın 26-da keçirilmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR