Bank Of Baku

Xalq artisti İlhamə Quliyeva sabah cərrahiyyə əməliyyatı olunacaq

Xalq artisti İlhamə Quliyeva sabah cərrahiyyə əməliyyatı olunacaq
# 21 avqust 2009 14:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Xalq artisti İlhamə Quliyeva sabah cərrahiyyə əməliyyatı olunacaq. İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərlinin APA-ya verdiyi məlumata görə, həkimlər bu gün Mərkəzi Neftçilər Xəstəxanasına gətirilən xalq artistini müayinə etdikdən sonra əməliyyatın sabah keçirilməsinə qərar veriblər. İlhamə Quliyeva müayinə olunduqdan sonra palataya yerləşdirilib. Faiq Ələkbərli xalq artistinin özünü yaxşı hiss etdiyini deyib. Qeyd edək ki, İlhamə Quliyeva uzun müddətdir ayaqlarındakı ağrılardan şikayətləndiyinə görə əməliyyat olunmağa qərar verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR