Bank Of Baku

Xalq artisti Faiq Ağayev yenidən məhkəmə qərarından apelyasiya şikayəti verəcək

Xalq artisti Faiq Ağayev yenidən məhkəmə qərarından apelyasiya şikayəti verəcək
# 22 avqust 2009 08:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Ötən gün Yasamal Rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə xalq artistləri Flora Kərimova və Faiq Ağayevin qarşılıqlı iddiaları üzrə qətnamə elan edilib. Qətnaməyə əsasən hər iki iddia qismən təmin edilib, Tahir Abbaslının iddiası isə əsassız olduğundan rədd edilib. Hər iki tərəf bir-birindən üzr istəməli və dəymiş mənəvi zərərə görə biri-birinə 2.000 manat məbləğində təzminat ödəməlidir.

Xalq artisti Faiq Ağayev isə Yasamal Rayon Məhkəməsinin Flora Kərimovanın iddiasını qismən təmin etməsi ilə razılaşmadığını qeyd edib. Müğənni APA-ya göndərdiyi bəyanatında bildirib ki, F. Kərimovanın iddia qaldırmasına səbəb olan açıq məktubu o, müğənni həmkarının daha əvvəlki tarixlərdə müxtəlif KİV-lərdə onun haqqında dərc olunmuş böhtan və təhqir xarakterli açıqlamalarına son qoymaq, şərəf və ləyaqətini müdafiə etmək məqsədi ilə yayıb: “ Öz şərəf və ləyaqətini müdafiə etmək hər bir vətəndaşın Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş hüququdur və bu hüququn həyata keçirilməsinə görə həmin şəxsin məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Ona görə də, qeyd olunan qətnamənin Flora Kərimovanın iddiasının qismən təmin edilməsinə aid hissəsi ilə bağlı tərəfimdən apelyasiya şikayəti veriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR