Bank Of Baku

Azərbaycanı builki “Popstar Alaturka”da Sima Qasımova təmsil edəcək

Azərbaycanı builki “Popstar Alaturka”da Sima Qasımova təmsil edəcək
# 22 avqust 2009 09:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bir neçə il əvvəl Bakıda keçirilən “Sing your song” müsabiqəsinin qalibi olan gənc müğənni Sima Qasımova Türkiyədə keçirilən “Popstar Alaturka” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək. S. Qasımovanın APA-ya verdiyi məlumata görə, müsabiqənin canlı efiri bu həftəsonu TÜrkiyənin “Fox TV” kanalında olacaq. Bir həftə bundan əvvəl Türkiyəyə gedərək, müsabiqənin şərtləri ilə yaxından tanış olan müğənni eyni zamanda mahnı seçimində də iştirak edib. Müğənni deyib ki, iştirakçıların mahnı seçimi müsabiqənin şərtlərinə uyğun aparılır. Azərbaycanlı təmsilçi “Ah İstanbul” mahnısını ifa edəcək: “Bu dəfəki “Postar Alaturka” da, iştirakçılara hər həftə bir mahnı janrında oxumaq imkanı veriləcək. Sözsüz ki, bu mahnıların arasında Azərbaycan mahnısı mütləq olacaq”.

S. Qasımovanın bildirdiyinə görə, artıq məşqlərə başlanılıb və o, müsabiqədə ilk ifasına hazırlaşır. Azərbaycanlı müğənni onu da əlavə edib ki, ötən il eyniadlı müsabiqədə təmsil olunan münsiflər heyətinin tərkibində dəyişiklik aparılıb. Belə ki, müğənni Ebru Gündəşlə Orxan Gəncəbayı Gülbən Ərgən və teatr sənətçisi Metin Akpınar əvəz edəcəklər. Bülənt Ərsoyla Armağan Çağlayan isə yenidən münsiflər heyətində təmsil olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR