Bank Of Baku

Ayağından əməliyyat olunan xalq artisti İlhamə Quliyevaya hələ xəstəxanadadır

Ayağından əməliyyat olunan xalq artisti İlhamə Quliyevaya hələ xəstəxanadadır
# 24 avqust 2009 07:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyevanın əməliyyatı uğurlu keçib. Bu barədə APA-ya məlumat verən İ. Quliyevanın mətbuat katibi Faiq Ələkbərli bildirib ki, sənətçi əməliyyatdan sonra birbaşa palataya köçürülüb: “Əməliyyat 40 dəqiqə davam etdi. İlhamə xanımın öz istəyi ilə o reanimasiya şöbəsinə köçürülmədi. Hazırda İlhamə xanım özünü yaxşı hiss edir. Hələ ki gəzməyə icazə verilmir”. F. Ələkbərlinin sözlərinə görə, həkimlər də xalq artistinin vəziyyətini qənaətbəxş hesab etdiklərindən onu reanimasiya şöbəsində saxlamayıblar.

İ. Quliyevanın əməliyyatını Mərkəzi Neftçilər Xəstəxanasının həkimi Rauf Quliyev həyata keçirib. Cərrahiyyə əməliyyat xalq artistinin sol ayağında aparılıb. F. Ələkbərli qeyd edib ki, İ. Quliyevanın xəstəxanadan nə zaman çıxacağı hələ dəqiq bilinmir: “Bu müddət bir həftə də, iki həftə də çəkə bilər. Bu müddət ərzində İlhamə xanımın sənət dostları onun yanına gəlirlər və şəfa diləyirlər. Faiq Ağayev, Rəşad İlyasov və bir çoxları gəlib xalq artistinə baş çəkiblər. Röya ilə telefon danışığı olub, ancaq onun gəlməyini özü istəməyib. İlhamə xanım düşündü ki, Röya ana olmağa hazırlaşır, bu, ona pis təsir edə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR