Bank Of Baku

Maykl Ceksonun ölümünə ağrıkəsici “Propofol” preparatının normadan artıq qəbul edilməsi səbəb olub

Maykl Ceksonun ölümünə ağrıkəsici “Propofol” preparatının normadan artıq qəbul edilməsi səbəb olub
# 25 avqust 2009 07:43 (UTC +04:00)
Bakı – APA. Pop musiqisinin kralı Maykl Ceksonun ölümünə ağrıkəsici “Propofol” preparatının ölüm dozasında qəbul edilməsi olub. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, M.Ceksonun vəfat etdiyi 25 iyun tarixində onun orqanizmində “Propofol”un normadan artıq olmasını cəsədi müayinə edən patoloqoanatomlar müəyyən ediblər.
Müayinənin nəticələri təhlükəsizlik tədbirləri məqsədilə iki həftə açıqlanmayıb. Los-Anceles polisi M.Ceksonun həkimi Konrad Murreyə qarşı “ehtiyatsızlıqdan adam öldürmə” ittihamı irəli sürüb. Həkimin vəkili Edvard Çernoff isə bildirib ki, müvəkkili müğənninin ölümünə səbəb ola biləcək hər hansı dərman yazmayıb. Polis isə iddia edir ki, həkim təhlükəli dərmanı Las-Veqas yaxınlığındakı əczaçılıq firmasından alıb.
Qeyd edək ki, kardioloq pop kralı ilə 2006-cı ildə Las-Veqasda tanış olub. O zaman K.Murrey M.Ceksonun üç övladından birini müayinə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR