Bank Of Baku

“Azəri star-2009” yarışmasının münsiflər heyətində dəyişiklik olub

“Azəri star-2009” yarışmasının münsiflər heyətində dəyişiklik olub
# 25 avqust 2009 12:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Azəri star-2009” mahnı yarışmasının münsiflər heyətində dəyişiklik olub. “Azəri-star” layihəsinin mətbuat katibi Pərviz Əsgərovun APA-ya verdiyi məlumata görə, bu gün keçiriləcək müsabiqəsinin növbəti mərhələsində münsiflərdən bəstəkar Aygün Səmədzadəni şair Paşa Qəlbinur əvəz edəcək. P. Əsgərovun sözlərinə görə, A. Səməzadə Türkiyəyə getdiyinə görə jüridə xalq artistləri Yaşar Nuri, Faiq Sücəddinov və şair Paşa Qəlbinur təmsil olunacaq. “Azəri star-2009” müsabiqəsinin bugünkü canlı efirində 20 iştirakçıdan biri müsabiqəni tərk edəcək. Mətbuat katibi hazırkı nəticələrə görə, iki oğlan iştirakçının daha geridə olduğunu vurğulayıb.

Qeyd edək ki, “Space” televiziyası ilə canlı yayımlanan “Azəri star-2009” yarışması hər həftənin bazar ertəsi və çərşənbə axşamı canlı olaraq yayımlanır. Builki müsabiqədə 20 yarışmaçı (15 oğlan, 5 qız) birincilik uğrunda mübarizə aparır. “Azəri star-2009” müsabiqəsində Məzahir Məmmədov (sms nömrəsi 6570), İlkin Qasımov (sms nömrəsi 6571), Nigar Qüdrətova (sms nömrəsi 6572), Elşən Osmanov (sms nömrəsi 6573), İlkin Dövlətov (sms nömrəsi 6574), Toğrul Zakir (sms nömrəsi 6575), Leyla Həsənova (sms nömrəsi 6576), Rövşən Qasımov (sms nömrəsi 6577), Murad Musayev (sms nömrəsi 6578), Gülnarə Eyvazova (sms nömrəsi 6579), Vüsal Şahbazov (sms nömrəsi 6580), Elçin Dadaşov (sms nömrəsi 6581), Vəfa Məmmədova (sms nömrəsi 6582), Elvin Əmirquliyev (sms nömrəsi 6583), Elşən Cəfərov (sms nömrəsi 6584), Gözəl Qasımova (sms nömrəsi 6585), Elçin Mirzoyev (sms nömrəsi 6586), Fərhad Əkbərov (sms nömrəsi 6587), Firəngiz Orucova (sms nömrəsi 6588) və Elçin Quliyev (sms nömrəsi 6589) mübarizə aparırlar. Bu müsabiqədə münsiflər də bəyəndikləri iştirakçını SMS verməklə dəstəkləyə biləcəklər. Müsabiqənin münsiflər heyətində təmsil olunan üç münsifin hərəsinə ümumilikdə 200 SMS vermək hüququ verilib. Müsabiqənin qalibinə avtomobil hədiyyə ediləcək. “Azəri-star-2009” müsabiqəsi “Space” televiziyası ilə “Azəri Star Production”un birgə təşkilatçılığı ilə həyata keçirilir. Layihənin informasiya dəstəyi APA İnformasiya Agentliyinə və “Vesti.az” xəbər portalına məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR