Bank Of Baku

“Forbes” film şirkətlərinə ən çox pul qazandıran aktyorların siyahısını açıqlayıb

“Forbes” film şirkətlərinə ən çox pul qazandıran aktyorların siyahısını açıqlayıb
# 26 avqust 2009 07:27 (UTC +04:00)
London-APA. “Forbes” jurnalı film istehsalçılarına ən çox pul qazandıran Hollivud aktyorlarının siyahısını hazırlayıb. APA-nın məlumatına görə, bu siyahıda ilk yeri “Transformer”, “İndiana Cons və Büllur Kəllə Krallığı” filmində çəkilmiş Şayya Labef tutur. Bu aktyora ödənilən hər dolla film istehsalçılarına 160 dollar qazandırır. Siyahıda ikinci yerə kiçik büdcəyə malik filmlərdə rol alan Ceyms Makvey layiq görülüb. Onun çəkildiyi “Xüsusilə təhlükəlidir” filmi kiçik büdcəyə rəğmən prokatda 342 milyon dollar gəlir gətirib. “Forbes”in hesablamalarına görə, Makveyə ödənilən hər 1 dollar film istehsalçılarına 114 dollar qazandırıb. Film sahiblərinin bir dollarını 102 dollara çevirən Maykl Sera siyahıda 3-cü yeri tutur. Reytinq cədvəlində dördüncü yerə Harri Porter seriallarında baş rolun ifaçısı Deniel Redkliff layiq görülüb. Sehrbaz oğlan haqqında filmlər ümumilikdə dünya prokatında 5,3 milyard dollar toplayıb. Redkliffin qonorarı isə film istehsalçılarının qazancı ilə 1/93 nisbətində olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR