Bank Of Baku

“Azəri star-2009” yarışmasını Vəfa Məmmədova tərk edib - FOTOSESSİYA

“Azəri star-2009” yarışmasını Vəfa Məmmədova tərk edib - <font color=red>FOTOSESSİYA</font>
# 26 avqust 2009 09:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Avqustun 25-də “Azəri star-2009” mahnı yarışmasının növbəti mərhələsi keçirilib. APA-nın məlumatına görə, bu dəfə yarışmada iştirak etmək hüququ qazanmış 20 iştirakçıdan biri yarışmanı tərk edib. Müsabiqəni ilk tərk edən iştirakçı sms nömrəsi 6582 olan Vəfa Məmmədova olub. “Azəri star-2009” müsabiqəsində bu həftə Elçin Quliyev (sms nömrəsi 6589) qalib gəlib. Müsabiqənin münsiflər heyətində təmsil olunan xalq artisti, bəstəkar Faiq Sücəddinovun sözlərinə görə, müsabiqənin ilk nəticələri onlar üçün gözlənilməz olub: “Vəfanın vokal imkanları genişdir və bu nəticə şəxsən mənim üçün gözlənilməz oldu. Çox təəssüflənirəm ki, Vəfa bizləri tərk edir, ancaq oyun oyundur və heç nə etmək mümkün deyil. Ancaq mən inanıram ki, o, müsabiqəyə qayıdacaq”. Dünən şou-biznes nümayəndələrindən Xuraman Şuşalı, Elton Hüseynəliyev, Zamiq, Nurlan Növrəsli, Hatəvan Həbibi və rəqqasə Fatimə ifaları ilə müsabiqə iştirakçılarını dəstəkləyiblər və onlara uğurlar arzulayıblar. Gələn həftənin bazar ertəsi 19 iştirakçı canlı yayımda hazırladıqları mahnıları münsiflər heyətinə və tamaşaçılara təqdim edəcəklər. Müsabiqənin münsiflər heyətində xalq artistləri Yaşar Nuri, Faiq Sücəddinov və şair Paşa Qəlbinur təmsil olunur.

Qeyd edək ki, “Azəri-star-2009” müsabiqəsi “Space” televiziyası ilə “Azəri Star Production”un birgə təşkilatçılığı ilə həyata keçirilir.

Layihənin informasiya dəstəyi APA İnformasiya Agentliyinə və “Vesti.az” xəbər portalına məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR