Bank Of Baku

Azərbaycan meyxana sənətinin xarici ölkələrdə təbliği nəzərdə tutulur

Azərbaycan meyxana sənətinin xarici ölkələrdə təbliği nəzərdə tutulur
# 26 avqust 2009 16:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Yeni yaradılan Azərbaycan Meyxanaçılar Birliyi xaricə səfərlər təşkil edəcək. APA-nın məlumatına görə, səfərlərin əsas məqsədi Azərbaycan meyxanasını başqa ölkələrdə təbliğ etməkdir. Dövlət dəstəyi ilə təşkil olunacaq səfərlər çərçivəsində meyxanaçıların müxtəlif konsertlərinin də təşkil nəzərdə tutulur. Azərbaycan Meyxanaçılar Birliyinin rəhbəri, meyxana ustası Ağamirzənin sözlərinə görə, meyxanaçıların Azərbaycan rayonlarına da səfərləri gözlənilir. Qurum rəhbəri bildirib ki, səfərlər konsertlərlə yekunlaşmayacaq. Qurumun üzvləri bölgələrdə meyxana istedadı olanlarla görüşüb, onlara yardım edəcəklər. Meyxanaçıları birləşdirən bu birlik meyxana sahəsində olan neqativ hallarla da mübarizə aparacaq: “Meyxanaçılar Birliyi gəncləri də ətrafına toplayır və onlarla xüsusi məşğul olacaq. Onu da deyim ki, son zamanlar müəyyən neqativ hallar baş verir ki, onları da aradan qaldıracağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR