Bank Of Baku

Aleksandr Rıbak Vətənində konsert verəcək

Aleksandr Rıbak Vətənində konsert verəcək
# 27 avqust 2009 10:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Eurovision-2009” müsabiqəsində Norveçi təmsil edən və birincilik qazanan Aleksandr Rıbak bu ilin sonuna kimi bir çox ölkələrə səfər edəcək. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, onun ilk səfəri öz ölkəsinə, yəni Belarusa olacaq.
A.Rıbak müsabiqədə birincilik əldə etdikdən sonra Vətəni olan Belarusda konsert vermək təklifi ilə özü çıxış edib. Müsabiqə qalibinin bu təklifini yüksək dəyərləndirən təşkilatçılar isə onun Minskdə konsertini təşkil etmək qərarına gəliblər. A.Rıbakın Minskdəki konserti sentyabrın 28-də baş tutacaq. Bu konsertdən sonra isə sənətçinin ilin sonuna kimi bir çox ölkələrdə konsertinin keçirilməsi nəzərdə tutulur. A.Rıbakın nəzərdə tutulan turnesinin proqramı hələ dəqiq təsdiqini tapmadığı üçün sənətçinin konsert verəcəyi ölkələrin adları açıqlanmır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR