Bank Of Baku

Alla Puqaçovanın Bakı konsertinin biletlərinin 80 faizi artıq satılıb

Alla Puqaçovanın Bakı konsertinin biletlərinin 80 faizi artıq satılıb
# 27 avqust 2009 14:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Rusiyanın tanınmış müğənnisi, SSRİ-nin xalq artisti Alla Puqaçovanın sentyabrın 4-də Heydər Əliyev Sarayında verəcəyi konsertin anşlaqla keçəcəyi gözlənilir. APA-nın məlumatına görə, artıq konsertin biletlərinin 80 faizi satılıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək konsertin biletlərinin satışında endirimlər olub. Heydər Əliyev Sarayından verilən məlumata görə, bir həftə müddətində konsertin biletləri endirimli qiymətlərlə satılıb. Endirimlə 47-143 manat arasında satışa çıxarılan konsertin biletləri hazırda 56-171 manat arasında satılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR