Bank Of Baku

Azərbaycanın xalq artisti İlhamə Quliyeva bir ay xəstəxanada qalacaq

Azərbaycanın xalq artisti İlhamə Quliyeva bir ay xəstəxanada qalacaq
# 29 avqust 2009 10:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Avqustun 22-də sol ayağından əməliyyat olunan Azərbaycanın xalq artisti İlhamə Quliyeva bir ay xəstəxanada qalacaq. Bu barədə APA-ya məlumat verən İ. Quliyevanın mətbuat katibi Faiq Ələkbərli bildirib ki, bu müddəti həkimlər təyin ediblər. Müğənninin hələ də ayağa dura bilmədiyini vurğulayan mətbuat katibi bu vəziyyətin hələ iki həftə davam edəcəyini diqqətə çatdırıb: “İlhamə xanıma iki həftədən sonra gəzməyə icazə veriləcək. Hələ ki, gəzə bilmir və ayağa durmağa da icazə verilmir. Ancaq özünü yaxşı hiss edir, həkimlər sənətçinin vəziyyətini qənaətbəxş qiymətləndirirlər. Bir ay müddətində İlhamə xanımın müalicəsi xəstəxana şəraitində davam etdiriləcək”.

F. Ələkbərli onu da vurğulayıb ki, İ. Quliyevanın yerli televiziyalarından birində yayımlanacaq proqrama aparıcılıq etməsi məsələsi hələ də gündəmdədir: “İlhamə xanımın bir ay xəstəxanada qalacağı ilə bağlı televiziya rəhbərliyinə məlumat verilib. Bununla bağlı heç bir narazılıq yoxdur. Xəstəxanadan çıxdıqdan sonra artıq verilişin ilk yayım günü müəyyənləşdiriləcək”.

Qeyd edək ki, Azərbaycanın xalq artisti İlhamə Quliyeva avqustun 21-də Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Avqustun 22-də isə sol ayağında cərrahiyyə əməliyyatı aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR