Bank Of Baku

Alla Puqaçova “Buta Palace”də xüsusi konsert proqramı ilə çıxış edəcək

Alla Puqaçova “Buta Palace”də xüsusi konsert proqramı ilə çıxış edəcək
# 31 avqust 2009 11:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. SSRİ-nin xalq artisti Alla Puqaçova bu həftə Bakının qonağı olacaq. Sentyabrın 3-də xüsusi nümayəndə heyəti ilə Bakıya gələcək Alla Puqaçova bir gün sonra Heydər Əliyev Sarayında xüsusi konsert proqramı ilə çıxış edəcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya bildirilib ki, Heydər Əliyev Sarayındakı konsertinin səhəri günü, yəni sentyabrın 5-də Rusiya səhnəsinin primadonnası “Buta Palace”də konsert verəcək. Sözügedən ikinci konsertdə həm də xüsusi ziyafət təşkil olunacaq. Alla Puqaçova sentyabrın 6-da Azərbaycan səfərini başa vuracaq. Qeyd edək ki, Alla Puqaçovanın Bakıdakı hər iki konserti Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı dəstəyi ilə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR