Azərbaycan paytaxtındakı konsert salonları və digər mədəniyyət müəssisələrinin icarə haqları: 150 manatdan 60 min manatadək - ARAŞDIRMA
Araşdırma zamanı məlum olub ki, Bakıda fəaliyyət göstərən mədəniyyət ocaqlarında, eləcə də bir neçə stadionda kütləvi tədbirlərin və konsertlərin keçirilməsi üçün tələb olunan icarə haqqı dövlət tərəfindən deyil, hər məkanın öz rəhbərliyi tərəfindən təyin olunur. Kirayə haqqının məbləğinin aşağı və ya yuxarı olması isə tədbir zamanı istifadə ediləcək elektrik enerjisinin həcmindən, tədbirin mahiyyətindən və tədbirin təşkilinə sərf olunacaq maliyyə vəsaitindən asılıdır.
Son zamanlar konsertlərin təşkili üçün ən uğurlu məkan hesab edilən və əsaslı təmirdən sonra tez-tez qapılarını Bakı sakinlərinin üzünə açan Heydər Əliyev Sarayında bir günlük konsert keçirmək üçün 11 800 manat lazımdır. Əsaslı təmirdən sonra Heydər Əliyev Sarayının icarə haqqında xeyli artım nəzərə çarpır. Əsasən yay mövsümündə konsertlərin təşkili üçün nəzərdə tutulan Yaşıl Teatr Bakı Konsert Kompleksinin icarə haqqı da Heydər Əliyev Sarayının icarə dəyərindədir. Belə ki, Yaşıl Teatrda da zalın bir günlük icarəsi 11 800 manatdır. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında isə icarə haqqı 400 manatdan başlayır. Teatrdan APA-ya verilən məlumata görə, tədbir keçirən idarə və ya məsul şəxslə əvvəlcə ümumi müqavilə bağlanılır və qiymət müzakirə edilir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bu məkanın səviyyəsinə və statusuna uyğun tədbirlər keçirilməyə icazə verilir. Teatrın icarə haqqı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəyyənləşdirilir və icarə üçün 3000 manat ödənilməlidir.
Azərbaycanın tarixi məkanlarından birində yerləşən Muğam Teatrında isə bir günlük tədbirin keçirilməsi üçün 2000 manat tələb olunur. Teatrın direktoru Arif Qazıyev APA-ya deyib ki, özəl təşkilatlar üçün nisbətən artıq qiymət müəyyənləşdirilir: “Biz icarə verdiyimiz zalla bərabər qonaqlar üçün çay süfrələri də açırıq. Eyni zamanda ay ərzində öz təşəbbüsümüzlə təbdirlər, xatirə və yaradıcılıq gecələri keçiririk. Bu zaman imkanı olan təşkilatlar daha çox icarə haqqı verirlər”. Araşdırma zamanı məlum olub ki, Tofiq Bəhramov adına Respublika Stadionu konsertlərin təşkili üçün ən bahalı obyektdir. Belə ki, bu stadionda bir günlük konsertin təşkili üçün icarə haqqı orta qiymətlə 60 000 manat təşkil edir. Bundan başqa Tofiq Bəhramov adına Respublika Stadionunda konsertdən əvvəl edilən məşqlər üçün əlavə icarə haqqı ödənilməlidir. Heydər Əliyev İdman Konsert Kompleksində bir günlük tədbirin keçirilməsi orta hesabla 15 min manata başa gəlir. Araşdırma zamanı məlum olub ki, sözügedən obyektin qış üçün ayrı, yay üçün isə ayrı icarə qiyməti var. Bu qiymət ancaq konsertlərin keçirilməsi üçün keçərlidir. Heydər Əliyev İdman Konsert Kompleksində sərgilərin təşkili üçün icarə haqqı müəyyənləşən zaman istifadə olunacaq sahənin ölçüsü nəzərə alınır.
Paytaxtda fəaliyyət göstərən sərgi salonları və qalereyaların icarə qiymətləri isə fərqlidir. Araşdırma zamanı məlum olub ki, qeyd olunan yerlərdə sərgilərin təşkili üçün 150-500 manat arasında ödəniş etmək lazımdır. Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda sərgi təşkil etmək üçün yerli rəssamlar 200 manat, xarici rəssamlar üçün 500 manat icarə haqqı ödəməlidir. Bu qiymət sözügedən sərgi salonunda aparılan əsaslı təmirdən sonra bir qədər artıb. Muzey Mərkəzində bir günlük sərginin icarə haqqı 500 manat, “Qız qalası” rəsm qalereyasında 500 manat, Miniatür Sənət Mərkəzində 300 manat, Müasir İncəsənət Qalereyasında 300 manat, “Abşeron” Rəsm Qalereyasında 200 manat, “Bakı” Rəsm Qalereyası, Bədii Sərgi Salonu, Tofiq İsmayılov adına Uşaq Qalereyasında isə 150 manatdır. Azərbaycan Rəssamlar İttifaqının nəzdində olan sərgi salonları və qalereyaların icarə qiymətini ittifaq rəhbərliyi, özəl qalereyalarda icarə haqqını isə salonun sahibi müəyyənləşdirir. “Nizami” və “Azərbaycan” kinoteatrlarında da tədbir keçirmək üçün prosedura bur az fərqlidir. Kinoteatr rəhbərliyi əvvəlcə tədbirin mahiyyətini araşdırır, daha sonra tədbir zamanı istifadə olunacaq maliyyə vəsaiti nəzərə alınaraq icarə haqqı müəyyən edilir. Qeyd edək ki, adları çəkilən hər bir obyektdə dövlət tədbirlərinin keçirilməsi ödənişsizdir.
Xatırladaq ki, APA iki il əvvəl də paytaxtın konsert salonları və digər mədəniyyət müəssisələrində kütləvi tədbirlər keçirmək üçün tələb olunan icarə haqqı ilə bağlı araşdırma aparmışdı. Hər iki araşdırmanın nəticələrinin müqayisəli təhlili göstərir ki, ötən müddət ərzində icarə haqlarında təxminən 20-40% artım baş verib. Müqayisə üçün qeyd edək ki, 2007-ci ildə Yaşıl Teatr Konsert Kompleksində bir günlük konsertin icarə haqqı 8 000 manat, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 2 500 manat, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında isə 350-400 manat olub...
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib