Bank Of Baku

Faiq Ağayevlə bir səhnəni bölüşmək istəyən Leyla Həsənova “Azəri star-2009” müsabiqəsini tərk etdi - FOTOSESSİYA

Faiq Ağayevlə bir səhnəni bölüşmək istəyən Leyla Həsənova “Azəri star-2009” müsabiqəsini tərk etdi - <font color=red>FOTOSESSİYA </font>
# 02 sentyabr 2009 09:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Sentyabrın 1-də “Azəri star-2009” musiqi yarışmasının növbəti turu keçirilib. APA-nın məlumatına görə, bu həftə yarışmanın birincisi Elşən Cəfərov, sonuncusu isə Leyla Həsənova olub. Müsabiqənin dünənki yayımında bəzi maraqlı hadisələr baş verib. Belə ki, ötən gün müsabiqə iştirakçılarını dəstəkləməyə gələn xalq artisti Faiq Ağayev sms sayına görə sona qalan iki iştirakçı – Elçin Quliyev və Leyla Həsənovaya müraciət edərək, bu həftə müsabiqəni tərk edəcək iştirakçının onun solo-konsertində mahnı ifa edəcəyini bildirib. Xalq artistinin bu bəyanatından sonra xanım iştirakçı Leyla Həsənova məhz bu təklifə görə müsabiqəni tərk etməyə hazır olduğunu bildirib və elə bu həftə müsabiqəni sözügedən iştirakçı tərk edib. Bu həftə xalq artisti Faiq Ağayevdən başqa, “Şeron” qrupu, Namiq Qaraçuxurlu, Elnur, Nura Suri ifaları ilə müsabiqə iştirakçılarını dəstəkləyiblər və onlara uğurlar arzulayıblar. Onu da bildirək ki, bu həftə müsabiqənin münsiflər heyətində dörd nəfər - xalq artistləri Yaşar Nuri, Faiq Sücəddinov, bəstəkar Aygün Səmədzadə və şair Paşa Qəlbinur təmsil olunublar. Müsabiqə təşkilatçılarının bildirdiyinə görə, bundan sonra müsabiqənin münsiflər heyətində adları sadalan dörd nəfər təmsil olunacaq. Qeyd edək ki, “Azəri star-2009” müsabiqəsi “Space” televiziyası və “Azəri Star Production”un birgə təşkilatçılığı ilə həyata keçirilir. Layihənin informasiya dəstəyi APA İnformasiya Agentliyinə və “Vesti.az” xəbər portalına məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR